Şənbə , Aprel 19 2025
azfa

Dr. Tohid Məlikzadə: Pəhləvi dövründə Ərdəlan vilayətinin adı necə Kürdüstana çevrildi?

GADTB: Pəhləvi dövründə İranın siyasi-mədəni və iqtisadi sahələrində ən fəlakətli dəyişikliklər, özünə vətənpərəst deyən ziyalıların rəhbərliyi ilə həyata keçirildi. Bu fəlakətli siyasətlərdən biri də Ərdəlan bölgəsinin adının Kürdüstana çevrilməsi idi. 

Ərdəlan bölgəsi, adını hakimiyyətdə olan Ərdəlan ailəsindən almışdı və Səfəvi dövləti daxilində bir əmirlik idi. Ərdəlan ailəsi şiə məzhəbli idi və bugünkü Sorani dilindən fərqli bir danışıq dili var idi. 

Səfəvi dövləti də digər türk mənşəli dövlətlər kimi müluk-üt-təvayif (bugünkü mənada federalizm) prinsipinə inanırdı. Ərdəlan ailəsi, hakimiyyət dairəsi Zor şəhərindən başlayaraq, digər yerli hakimiyyətlər kimi tədricən genişləndi və Sinə (indiki Sənəndəc) şəhərini də özünə qatdı. 

Ərdəlan əmirliyi, Qacarlar kimi güclü türk dövlətlərinin köməyi ilə öz hakimiyyətini davam etdirdi. Lakin Qacar dövlətinin sonlarında Ərdəlanlar öz əmirliklərini itirdilər. 

Birinci Dünya Müharibəsi, regionda bir çox dövlətlərin quruluşunun əsasının qoyulduğu ən kritik müharibələrdən biri oldu. Müxtəlif dil və məzhəblərdə danışan kürd bölgələri, Avropanın müxtəlif dövlətlərinin diqqət mərkəzində idi. İran hökuməti Paris Sülh Konfransında bir məktubla Osmanlı kürdlərinin İrana tabe olmasını tələb etdi. O dövrdəki İran ziyalıları da bu siyasi məqsədə çatmaq üçün diplomatik aparatla hərəkət edirdilər. Onlar kürdləri İran sisteminə cəlb etmək üçün İranda bir Kürdüstan vilayəti qurmaq qərarına gəldilər ki, İraq kürdləri də İrana meyllənsin. 

Bunun üçün Rusiya şərqşünası Minorski və İranlı Rəşid Yəsəmi’yə böyük məbləğ pul verildi ki, kürdlərin və Kürdüstanın tarixini Pəhləvilərin xeyrinə yazsınlar və onları Haxamənişlər və Madaylara bağlasınlar. Necə ki, Nesturi və Süryani xristianların tarixini də qədim Asurla əlaqələndirmişdilər. 

Məşrutə inqilabından sonra ölkənin yeni inzibati bölgüsü tətbiq edildi və İran dörd əyalət (o cümlədən Azərbaycan) və 22 vilayətə bölündü. 1937-ci ilə qədər qərb Azərbaycan əyalətinə indiki Qərbi Azərbaycan ostanı, Saqqız, Bicar və Sənəndəcin şimal bölgələri daxil idi. 

1937-ci ildə inzibati bölgü dəyişdirildi və ustanlar nömrələrlə adlandırıldı: 

– 3-cü ustan: Təbriz və Ərdəbil 

– 4-cü ustan: Urmiya və qərb bölgələri 

– 5-ci ustan: Həmədan, Kirmanşah, Şahabad (İslamabad-Qərb), Sənəndəc, Məlayir, İlam ( ustanın mərkəzi Kərmanşah). 

sənəndəc, 1958-ci ildə 5-ci ustandan ayrılaraq, əvvəllər Qərbi Azərbaycana aid olan, sonra isə Həmədana qatılan türklərin yaşadığı Qürvə və Bicar bölgələri çıxarıldı və mərkəzi Sənəndəc olmaqla Kürdüstan ustanı yaradıldı. 

Bu gün Kürdüstan ustanının əhalisinin yarıdan çoxu Sənəndəc, Bicar və Qürvə şəhərlərində yaşayan yerli türklərdir. Buna görə də yeni yaradılmış və Kürdüstan adlandırılan ustanda coğrafi adların 70%-dən çoxu türkcədir. Ərdəlan vilayətinin (bu vilayət 1958-ci ildə Kürdüstan adlandırılmışdır) qədim türk adlarının bərpası tələbi daha çox hiss edilir. 

Həmçinin yoxlayın

Fox News Trampın hərbi hədəsinin Xameneyini danışıqlar masasına oturtdiğimi yazıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, “Fox News” İran rəhbəri Əli Xameneyinin ABŞ prezidenti …

Romada İran-ABŞ danışıqlarının II raundu keçirilir

GADTB: Romada İran-ABŞ danışıqlarının ikinci raundu başlayıb. Bu barədə İran mediası məlumat yayıb. Danışıqlara İran …