Çərşənbə axşamı , Mart 28 2023
azfa

Dünya Ana Dili ərəfəsində azərbaycanlı siyasi məhbuslar aclıq aksiyasına başlayır

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, işğalçı fars rejimin həbs etdiyi azərbaycanlı siyasi məhbuslar Beynəlxalq Ana Dili Günü münasibəti ilə Azərbaycan türk millətinin dili qadağan edildiyi üçün aclıq aksiyası keçirməyə başlayır.

Azərbaycanlı fəalların simvolik olaraq keçirəcəkləri aclıq aksiyası fevralın 20-də başlayacaq və 5 gün davam edəcək.

Azərbaycanlı fəallar İran adlanan ölkədə millətlər arasında mövcud olan ayrıseçkilik siyasəti, millətlərin ana dilində təhsilə qoyulan qadağa, millətlərin kimliyinin rəsmi şəkildə tanınmaması, fərdi və ictimai hüquqların təmin olunmaması və mədəni azadlıqların olmaması səbəbindən aclıq aksiya keçirməyə qərar veriblər.

Aksiyada rejimin müxtəlif zindanlarında həbs edilən azərbaycanlı milli-mədəni fəallar, o cümlədən Kərəcin Rəcayişəhr zindanında həbsdə olan Lətif Həsəni, Təbriz zindanından Əmir Səttari, Tehranın Evin zindanından Siyamək Mirzayi və İbrahim Nuri və s. məhbuslar qoşulacaq..

Məhbuslar aclıq aksiyası ilə bağlı 45 gün əvvəl qərar veriblər. Həmin zaman azərbaycanlı fəal Abbas Lisani də onlarla əlaqə saxlayıb fəallara məlumat çatdıraraq bildirib ki, həbs olunacağı təqdirdə Beynəlxalq Ana Dili Günü ilə bağlı keçiriləcək aclıq aksiyasına qoşulacaq.

Həmçinin yoxlayın

Azərbaycanın güneyində keçirilən “Bir bayraq, bir millət” aksiyasına sayın Ata bəy Nəcəfpurdan dəstək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) təşkilat məsulu …

Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı Əjdər Tağızadənin Azərbaycan Yüksəliş Partiyasında görüşü

GADTB: Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) sədri Əjdər Tağızadə  Azərbaycan Yüksəliş Partiyasının qonağı olub. …

Bir cavab yazın