Şənbə , Dekabr 10 2022
azfa

Erməni təcavüzünü pislədiyinə görə İranın həbs etdi fəallar ETTELAAT-ın nəzarətindədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ermənistanın Azərbaycan şiələrinin ərazilərinə hərbi təcavüzünü pislədiklərinə görə İranın Ərdəbildə təqribən bir ay əvvəl yaxaladığı 8 nəfər azərbaycanlı milli fəalın hazırda Ərdəbil həbsxanasında İranın ETTELAAT İdarəsinin nəzarətində saxlanıldığı bildirilir.

Əsgər Əkbərzadə, Mehdi Huşmənd, Muctaba Pərvin, Mustafa Pərvin, Bəhmən Xeyrcu, Murtaza Pərvin, Sübhan Bəxşi və Meysəm Colani sentyabrın 29-da bir neçə digər fəalla birlikdə nəzarət altına alındılar.

Həmin mitinqdə saxlanılan digər fəallar, o cümlədən Pərviz Siyabi, Məhəmməd Colani, Səccad Colani, Hüseyn Balaxanı və Hamid Heydəri daha əvvəl mülki zəmanət qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıblar.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyinə istinadən, hazırda nəzarətdə saxlanılan 8 fəal haqqında son qərarı İranın Kəşfiyyat Nazirliyi verəcək.

Keçən həftələrdə Ərdəbildən Amerikanın Səsinə danışan milli fəal Araz Süleymani sentyabrın 29-da Ərdəbilin Cıral parkında məmurların təqribən 20 nəfəri nəzarət altına alaraq mitinqin baş tutmasına mane olduqlarını bildirmişdi.

Sentyabrın 29-dan bəri İran Azərbaycanı və türklərin yaşadığı digər bölgələrdə keçirilən Qarabağa dəstək mitinqləri ilə əlaqədar ən azı 200 nəfər nəzarət altına alınıb. Araz Süleymani Amerikanın Səsinə müsahibədə tutulanlardan 100-dən artıq nəfərin adlarının dəqiqləşdirildiyini qeyd etmişdi.

Qeyd edək ki, İranın molla rejimi əsil antiislam və Qriqoryan Respublikası olduğunu sübut etmək, eləcə də müsəlman azərbaycanlıların uşaqlarını qətliam etdirmək üçün işğalçı Ermənistanı silah-sursatla və onların tankları və təyyarələrini yanacaqla təmin edir. Bu isə haqq-ədalət tərəfdarı olan insanların narazılığına səbəb olur.

Həmçinin yoxlayın

Günahsız etirazçı gəncin edamına görə İran səfiri Almaniya XİN-ə çağırıldı

GADTB: İranın Almaniyadakı səfiri həbsdə olan etirazçının edam edilməsi ilə bağlı Almaniya Xarici İşlər Nazirliyinə …

Molla rejimi etirazlar zamanı qadınların üz, sinə və cinsiyyət orqanlarına atəş açır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, “The Guardian” molla rejimin etirazlar zamanı qadınların üz, …

Bir cavab yazın