Şənbə , May 17 2025
azfa

Erməni təcavüzünü pislədiyinə görə İranın həbs etdiyi Rəsul Rəzəvi aclıq aksiyasında

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ermənistanın Azərbaycan şiələrinin ərazilərinə hərbi hücumunu pislədiklərinə görə İranın yaxaladığı azərbaycanlı fəal Rəsul Rəzəvi qanunsuz tutulmasına və vəhşicəsinə işgəncə edildiyinə görə rejimin zindanda aclıq aksiyası keçirir.

Ermənipərəst İran rejimi tərəfindən yaxalanan fəalın sağlıq vəziyyətinin ağır olduğu və xüsusilə böyrək çatışmazlığından əziyyət çəkdiyi üçün təcili tibbi yardıma ehtiyacvının olduğu bildirilir.

Azərbaycanlı fəal oktyabrın 17-də Güney Azərbaycan şəhərlərində İranın Ermənistana silah-susat daşıdığı Nurduz Gömrük Məntəqəsinin bağlanması ilə bağlı etirazlara hazırlaşarkən etiraz aksiyasında bir gün əvvəl rejimin təhlükəsizlik qüvvələri tərəfindən öz evində yaxalanıb.  Azərbaycanlı fəal vəhşicəsinə ermənipərəst İran rejimi tərəfindən işgəncə edildiyi üçün sağlıq durumunun ağır olduğu bildirilir.

Qeyd edək ki, İranın molla rejimi əsil antiislam və Qriqoryan Respublikası olduğunu sübut etmək, eləcə də müsəlman azərbaycanlıların uşaqlarını qətliam etdirmək üçün işğalçı Ermənistanı silah-sursatla və onların tankları və təyyarələrini yanacaqla təmin edir. Bu isə haqq-ədalət tərəfdarı olan insanların narazılığına səbəb olur.

Həmçinin yoxlayın

Tramp: “İranın nüvə problemini 100% həll edəcəyik”

GADTB: ABŞ prezidenti Donald Tramp dünən “Fox News” telekanalına müsahibəsində deyib ki, İranın nüvə problemi …

Güney Azərbaycanın Zəncan bölgəsində ev növbəsi gözləyən əhali etiraz aksiyası keçirdi- Video

GADTB: Güney Azərbaycanın Zəncan bölgəsində ev növbəsi gözləyən əhali etiraz aksiyası keçirib. Etiraz Zəncan əyalətinin …

Bir cavab yazın