Erməni təcavüzünü pislədiyinə görə İranın həbs etdiyi Yasəmən Zəfəri məhkəməyə çağırıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ermənistanın Azərbaycan şiələrinin ərazilərinə hərbi təcavüzünü pislədiyinə görə İranın həbs etdiyi azərbaycanlı fəal Yasəmən Zəfəri rejim tərəfindən məhkəməyə çağırılıb.

Təbrizdə yaşayan azərbaycanlı xanım fəal Yasəmən Zəfəri məhkəmənin elektron sistemində yayınlanan bildiriş vasitəsilə ermənipərəst rejimin Təbrizdə yerləşən Cinayət Məhkəməsinin 112 saylı şöbəsinə çağrılıb.

Bildirilir ki, Yasəmən Zəfəri 9 dekabr 2020-ci il çərşənbə günü, haqqında irəli sürülmüş “İctimai asayişi pozmaq” ittihamını araşdırmaq üçün təyin olunmuş məhkəmə şöbəsində hazır olmalıdır. Məhkəməyə çağırış vərəqəsindən göründüyü kimi İran rejimi üçün Ermənistanın Tovuzdan Azərbaycana hərbi təcavüzünü pisləmək ölkənin asayişini pozmaq adlandırılıb. Çünki, həmin xanım yalnız Azərbaycan konsulluğu qarşısında Ermənistanın Azərbaycan ərazisinə hərbi təcavüzünü pisləyib və buna görə molla rejimi tərəfindən həbs edilərək işgəncələrə məruz qalıb.

Bundan əvvəl isə rejimin məhkəməsinin 16 saylı şöbəsində Yasəmən Zəfəri və onlarla digər azərbaycanlı fəal ittiham aktları ilə bağlı dindirilmişlər.

Məhkəmə, həmin fəallar üçün nəzərdə tutulan 100 milyon tümən girov məbləğini 200 milyon tümənə qaldırmışdı. Azərbaycanlı fəallar məhkəmənin ilkin mərhələsində “ictimai asayişi pozmaq”da ittiham olunmuşlar.

Qeyd edək ki, azərbaycanlı milli fəallar 2020-ci il iyulun 16-ı cümə axşamı Azərbaycan Respublikasına dəstək və erməni qüvvələrinin işğalının qınanması üçün sosyal şəbəkələrdə çağırış yayıb və Azərbaycan konsulluğunun qarşısına toplaşıblar.

Buna görə rejim Tehran, Təbriz, Ərdəbil, Urmiya və Zəngan şəhərlərində onlarla azərbaycanlı fəalı həbs edib.

Həmçinin yoxlayın

Təbrizin tarixi bazarında restoran və kafelər bağlandı

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, son bir neçə gündə Təbrizin tarixi bazarında fəaliyyət …

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Bir cavab yazın