Çərşənbə , Noyabr 30 2022
azfa

Erməni təcavüzünü pislədiyinə görə İranın yaxaladığı Səid Sultani və Babək Kiyumərsi zaminə buraxıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ermənistanın Azərbaycana hərbi təcavüzünü pislədiyinə görə ermənipərəst İranın yaxaladığı azərbaycanlı fəallar Səid Sultani və Babək Kiyumərsi mülki vəsiqə qarşılığında zaminə buraxılıblar.

Azərbaycanlı fəalların hər birinin 500 milyon tümən girov müqabilində zaminə buraxıldığı bildirilir.

Güney Azərbaycanın Culfa şəhərində Qarabağa dəstək mitinqlərilə əlaqədər həbs edilən bu iki milli fəal 2 aydan çox Təbrizdə İranın ETTELAAT Nazirliyinin təcridxanasında saxlanılıb.

Babək Kiyumərsi dekabrın 1-də və Səid Sultaninin isə dekabrın 2-də rejimin Təbrizdə yerləşən məkəzi həbsxanasına köçürüldüyü bildirilir.

Qeyd edək ki, oktobrın əvvəllərindən rejimin ETTELAAT qüvvələri tərəfindən tutuqlanan Güney Azərbaycanın Culfa şəhər sakinləri, azərbaycanlı mədəni fəallar Səid Sultani və Babək Kiyumərsi ilə bağlı heç bir məlumat verilmirdi.

Ermənipərəst molla rejimi Ermənistanıın Azərbaycana hərbi təcaqvüzünü pislədiyinə görə həmin fəalları “ölkəyə qarşı qruplara üzvlük”də günahlandırıb. Belə çıxır ki, xristian Ermənistanıın şiə ölkəsi Azərbaycana hərbi təcaqvüzünü pisləmək molla rejiminə qarşı olmaq deməkdir.

Ehtimal edilirdi ki, rejimin ETTELAAT qüvvələri həmin tarixdə Babək Kiyumərsini və Səid Sultanini iş yerində həbs edib və onları Təbrizdə ETTELAAT İdarəsinə aparıblar.

Fəalları tutuqladıqdan sonra, ETTELAAT qüvvələri onların evlərində axtarış apararaq maşınlarını, mobayl telefonlarını, kitablarını və ləptablarını özləri ilə götürüblər. ETTELAAT orqanları, habelə azərbaycanlı fəalların ailələrinə onların həbs xəbərini yaymamaq üçün ciddi basqı edirlər.

Həmçinin yoxlayın

Molla rejimi etirazlarda yolu bağlamaq istəyən azərbaycanlı fəalı edama məhkum etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi etirazlarda yolu bağlamaq istəyən azərbaycanlı …

GADTB-nin iştirakı ilə “Urmiya gölünün qurudulması”na dair ictimai müzakirə keçirilib

GADTB: 30 noyabr tarixində “Urmiya gölünün qurudulması” ilə bağlı ictimai müzakirə keçirilib. Keçirilən müzakirədə “Güney …

Bir cavab yazın