Şənbə , Aprel 20 2024
azfa

Erməni təcavüzünü pislədiyinə görə rejim Ərdəbildə azərbaycanlı fəalları ETTELAAT-a çağrdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ermənistanın Azərbaycana hərbi təcavüzünü pislədiyinə görə iki azərbaycanlı fəal Həmid Ədib Şəfiq və İsa Əzizi rejimin Ərdəbildə yerləşən təhlükəsizlik idarəsinə çağrılıblar.

Azərbaycanlı milli-mədəni fəallar Həmid Ədib Şəfiq və İsa Əzizi noyabrın 2-də ETTELAAT-a çağrılaraq, sorğu-sual tutulublar. 

Rejimin təhlükəsizlik məmurları həmin fəalları 5 saat müddətinə dindiriblər.

Azərbaycanlı fəalların bundan öncə də mədəni və dinc fəaliyyətlərinə görə təhlükəsizlik qüvvələri tərəfindən tutularaq təhdid edildiyi bildirilir.

Qeyd edək ki, oktyabrın 1-də Güney Azərbaycanın bir sıra şəhərlərində, o cümlədən də Təbriz, Tehran, Qoşaçay, Xiyov, Urmiya, Zəncan və Ərdəbil şəhərlərində on minlərlə insanın iştirakı ilə İranın işğalçı Ermənistana silah göndərilməsinin dayandırılması məqsədilə və Qarabağda erməni işğalçılarına qarşı başladılan uğurlu hərbi əməliyyatlara dəstək aksiyaları keçirilib. Ermənipərəst İran rejimi aksiyalarda 100-dən çox azərbaycanlı fəalı həbs edilib. Saxlanılanların bir çoxunun kimliyi hələlik açıqlanmayıb.

İranın molla rejimi əsil antiislam və Qriqoryan Respublikası olduğunu sübut etmək, eləcə də müsəlman azərbaycanlıların uşaqlarını qətliam etdirmək üçün işğalçı Ermənistanı silah-sursatla və onların tankları və təyyarələrini yanacaqla təmin edir. Bu isə haqq-ədalət tərəfdarı olan insanların narazılığına səbəb olur.

Həmçinin yoxlayın

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …

Bir cavab yazın