Şənbə , Yanvar 23 2021
azfa

Erməni təcavüzünü pisləyən 13 azərbaycanlı fəalı ermənipərəst İran rejimi mühakimə etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, antiislan və ermənipərəst İran rejimi erməni təcavüzünü pislədiyinə görə 13 nəfər azərbaycanlı fəalı Təbrizdə yerləşən İnqilab məhkəməsində mühakimə edərək, onların zaminə buraxılması üçün mülki vəsiqənin qiymətini iki qat artırdı

Rejimin Təbrizdə yerləşən İnqilab məhkəməsinin 16-cı şöbəsi 13 azərbaycanlı milli-mədəni fəala qarşı irəli sürülmüş ittihamlar üzrə məhkəmə prosesi keçirilib.

İclas zamanı ermənipərəst rejimin hakimi Seyyid Əli Musavi hər bir fəala qarşı təyin edilmiş mülki vəsiqə qərarının məbləğini 300 milyon tümənə qədər artırıb.

Həmin fəallar Mehdi Əsədi Gülzar, Sadiq Pərtou Bayraq, Əli Muradiyan, Yasəmən Zəfəri, Behzad Şeyxi, Rəhim Sasani, Hadi Quluzadə, Həkimə Əhmədi, Məcid Əkbəri, Sədullah Sasani, Əli Ab Xızır, Əbülfəz İbrahimzadə və Mehdi Purəli Xormaludur.

Erməni təcavüzünü pislədiklərinə görə rejim onlara qarşı daha əvvəl 100 milyon tümənlik mülki vəsiqə qərarları vermişdi və indi həmin məbləği 300 milyon tümənə artırılmasına göstəriş verib.

Azərbaycanlı fəallara erməni təcavüzünü pislədiyinə görə İran rejimi ibtidai istintaq dövründə “İctimai asayişi pozmaq” ittihamı irəli sürüb.

Qeyd edək ki, İranın molla rejimi əsil antiislam və Qriqoryan Respublikası olduğunu sübut etmək, eləcə də müsəlman azərbaycanlıların uşaqlarını qətliam etdirmək üçün işğalçı Ermənistanı silah-sursatla və onların tankları və təyyarələrini yanacaqla təmin edir. Bu isə haqq-ədalət tərəfdarı olan insanların narazılığına səbəb olur.

Həmçinin yoxlayın

Ermənistanın Azərbaycana qaytaracağı Kərki və Qazaxın 7 kəndi barədə yeni xəbər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Naxçıvanın Ermənistan işğalında qalan Kərki kəndində yaşayan ermənilər …

Rejim Azərbaycan türklərinə aid olduğu üçün “Yağış” jurnalının fəaliyyətinə son qoydu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim  Azərbaycan Azərbaycan türklərinə aid olduğu …

Bir cavab yazın