Çərşənbə axşamı , Aprel 14 2026
azfa

Ermənilər Azərbaycan Ordusunun mövqelərini yenə atəşə tutuldular

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, martın 10-u saat 09:50-dən 17:10-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən ordumuzun Ağdam, Xocavənd və Füzuli rayonları istiqamətlərində yerləşən mövqeləri müxtəlif çaplı atıcı silahlardan istifadə edilməklə fasilələrlə atəşə tutulub.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, Azərbaycanın hərbi bölmələri tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.

Azərbaycan Ordusunun sıralarında şəxsi heyət və texnika baxımından itki yoxdur.

Hazırda bu istiqamətlərdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.

Həmçinin yoxlayın

Molla rejimi böyük şəhərlərdə təhlükəsizlik tədbirlərini gücləndirib

GADTB: Son günlər yayılan məlumatlara görə, Tehran və digər iri şəhərlərdə təhlükəsizlik vəziyyətində nəzərəçarpacaq dəyişikliklər …

Barnea: Mossadın missiyası İranda “rejim dəyişənədək” davam edəcək

Gadtab: İsrailin xüsusi xidmət orqanı Mossadın rəhbəri David Barnea bildirib ki, rəhbərlik etdiyi qurumun fəaliyyəti …