Amerika İran neftini daşıyan iki gəmini ələ keçirib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejimi sənədləri saxtalaşdırmaq və gəmiləri başqa rəngə boyamaqla dünya ictimaiyyətini aldadaraq neft ixracına qanunsuz şəkildə davam edir.

Bunu müəyyənləşdirən ABŞ saxta sənədlər və gəmilərin rənglənməsi yolu ilə İran neftini daşıyan iki gəmini ələ keçirib.

“Associated Press” xəbər ajansının yaydığı məlumatda bildirilir ki, Yunanıstan şirkətinə məxsus iki gəmi Amerikanın göstərişi ilə Hyuston və Baham adalarına 38 milyon dollar dəyərində yük göndəriblər. 

Məlumatda qeyd olunub ki, 2020-ci ilin payızında Amerikanın sanksiyalarına məruz qalmış “MT Stark-1” gəmisi İranın Xark adasından yükləmiş 734 min barel neft yükünü dənizdə Yunanıstan şirkətinə məxsus “Ariana” gəmisinə yükləmişdi. 

Qeyd edək ki, İranın neft sektoruna ağır sanksiyalar qoyulsa da, Tehran gizli yollarla öz neftini satmağa çalışır. 

Həmçinin yoxlayın

CNN-in Azərbaycanla bağlı iddiası yalan çıxdı

GADTB: İyunun 5-də CNN-in “İsrail İran müharibəsi zamanı region üzrə gizli şəbəkənin bir hissəsi olaraq …

Şuşada Türk Dövlətləri Təşkilatı ölkələrinin Rəqabət Forumu keçirilib

GADTB: Şuşada Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşkilatçılığı ilə …