Şənbə , Oktyabr 16 2021
azfa

Ermənilər Azərbaycana qarşı növbəti təxribat cəhdi etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İspaniyada yaşayan ermənilər Qranada şəhərinin Əlhambra muzeyində nümayiş etdirilən qədim Azərbaycan xalçalarına qarşı təxribata cəhd ediblər.

Muzeyin xalçaların qədim Azərbaycan diyarı olan Qarabağa aid olduğunu qeyd etməsi (Qarabağ (Azərbaycan) XIX əsr – red.) bu ölkədəki ermənilərin narazılığı ilə qarşılanıb. Ermənilər hətta muzeyin rəhbərliyinə də qarşı təzyiqlərdən istifadə etməyə başlayıblar. Onlar sosial şəbəkələrdə də qədim Azərbaycan xalçalarının guya ermənilərə məxsus olduğunu iddia edirlər.

Qeyd edək ki, bu, İspaniyada təkcə sakinlərin deyil, xarici turistlərin də böyük maraq göstərdiyi məşhur muzeylərdən biridir.

Həmçinin yoxlayın

Ohanyan: “İranın təlimləri Ermənistan üçün ciddi dəstək idi”

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, “İranın keçirdiyi hərbi təlimlər Zəngəzurdan keçən dəhlizlər və …

Fransız politoloq: Erməni təxribatının səbəbkarı İrandır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, erməni hərbçiləri belə bir addım atıbsa, deməli, Ermənistan …