Çərşənbə axşamı , Aprel 23 2024
azfa

Ermənilərin yer üzündə görünməmiş cinayətləri; 27 il qul kimi işlədilən azərbaycanlı əsirlərin biri azad edildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycanın işğalda olan ərazilərinin bir hissəsinin azad edilməsi ilə ermənilərin azərbaycanlılara qarşı dünyada misli görünməmiş cinayətlərinin bir-bir üstü açılır.

İşğaldan azad olunmuş Füzulidə zirzəmidə 27 ildir itkin olan Qax rayonu, Qum kənd sakini Şamxalov İmran Abdurahman oğlunun ayağı zəncirli halda tapıldığı deyilir. 1992-ci ildə Qarabağa döyüşə gedib və itkin düşüb. Valideynləri vəfat edib, bacıları var. Hazırda Bakıda olduğu deyilir. Sabah qohumlarına qovuşacağını deyiblər.

Ermənilər yüzlərlə azərbaycanlını əsir kimi zinciləyib, orta əsr qanunlarından da on qat qəddarcasına qul kimi işlədirmişlər.

Hələ bir neçə il öncə Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunda mədən mərkəzinə səfər etmiş gürcü jurnalist orada bir qrup azərbaycanlının qul şəklində ermənilər tərəfindən zincirlənərək işlədildiyini görüb dəhşətə gəldiyini yazmışdı.

Həmçinin yoxlayın

Qazaxın azad edilən kəndində Azərbaycan bayrağımı qaldırıldı

GADTB: Qazaxın erməni işğalından azad edilən Aşağı Əskipara kəndində Azərbaycan bayrağı dalğalandırılıb. Bu barədə “Azadlıq” …

23 Aprel Türkiyə Milli Suverenlik və Uşaq Bayramı günüdür

GADTB: Türkiyə Böyük Millət Məclisinin (TBMM) açılışı münasibətilə təsis edilən bu bayram Türkiyə xalqının ulu …

Bir cavab yazın