Cümə axşamı , Aprel 18 2024
azfa

Ermənipərəst İran rejimi Ərdəbildə azərbyacanlı fəal Daryuş Niyazi Şiranı həbs etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, müsəlman azərbaycanlıların uşaqlarını qətliam etmək üçün xristian ermənilərə yardım edən İranın fars-molla rejimi Güney Azərbaycanın Ərdəbil şəhərində Azərbaycan Ordusunun Qarabağda Ermənistan işğalçılarına qarşı başlatdığı uğurlu və möhtəşəm hərbi əməliyyatına dəstək aksiyasına qatılan milli-mədəni fəal Daryuş Niyazi Şiranı həbs edib.

İran rejiminin mülki geyimli təhlükəsizlik qüvvələri oktyabrın 1-də axşam saatlarında Daryuş Niyazi Şiranı yaxalayarkən onu vəhşicəsinə döyərək naməlum istiqamətə aparıblar.

Həbs edilən azərbaycanlı milli fəalın harada saxlandığı və nədə günahlandırılması barədə heç bir məlumat yayılmayıb.

Qeyd edək ki, oktyabrın 1-də antiislam-ermənipərəst molla rejimi Güney Azərbaycanın  müxtəlif şəhərlərində, o cümlədən də Təbriz, Urmiya, Tehran, Meşgin, Ərdəbi və s. şəhərlərdə azərbaycanlı fəalları Ermənistanın müsəlman azərbaycanlıların ərazisinə təcavüzünü pislədikləri üçün həbs etmişdir. Yaxalananların sayının 100 nəfərdən çox olduğu bildirilir.

Həmçinin yoxlayın

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Ağdamda Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır Bu barədə …

Molla rejimi daha iki azərbaycanlı fəalı prokurorluğa çağırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Güney Azərbaycan Milli Hərəkatının fəallarından …

Bir cavab yazın