Çərşənbə , Yanvar 27 2021
azfa

Ermənipərəst İran rejimi Azərbaycanla sərhədə terrorçu sepahı və tanklarını göndərir-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ermənipərəst İran rejimi Azərbaycanla sərhədə terrorçu sepah qüvvələri ilə yanaşı çoxsaylı tanklarını göndərib.

Açıqca ermənilərə dəstək verən İran rejiminin Azərbaycanın öz işğal altında olan Qarabağ torpağını erməni işğalçılarından təmizlədiyi bir vaxtda belə təhrikedici addım atmasının səbəbi bilinmir.

Ermənipərəst İran rejiminin bu hərəkəti isə Güney Azərbaycanda azərbaycanlıların etirazı ilə qarşılsaşıb. Sosial şəbəkələrdə tankların Təbriz-Mərənd istiqamətində aparıldığını əks etdirən videolar paylaşırlar. Rejimə azərbaycanlı fəallar hər növ təxribatdan çəkinməklə bağlı xəbərdarlıq ediblər.

Ermənipərəst İran rejimi üstəlik Azərbaycan sərhədinə Mazəndərəan bölgəsinin terrorçu Sepah qüvvələrini yerləşdirir. Bu isə o deməkdir ki, ermənipərəst rejim Güney Azərbaycandan olan sepahçılara belə Azərbaycana qarşı təxribatlarını etibar etmir.

Qeyd edək ki, İranın molla rejimi əsil antiislam və Qriqoryan Respublikası olduğunu sübut etmək, eləcə də müsəlman azərbaycanlıların uşaqlarını qətliam etdirmək üçün işğalçı Ermənistanı silah-sursatla və onların tankları və təyyarələrini yanacaqla təmin edir. Bu isə haqq-ədalət tərəfdarı olan insanların narazılığına səbəb olur.

tankların videosu:

https://t.me/GADTB1/3826

Həmçinin yoxlayın

Qarabağ xanının “Böyük Çin səddi”-Əfsanəvi Əsgəran qalası

GADTB: Məlumdur ki, Azərbaycan ərazilərində çoxsaylı qalalar, tikililər mövcuddur. Lakin bir Qala var ki, onun …

Ağ və Qara “Qoyunlu”lar. Azərbaycan dövlətlərinin öz adı

GADTB: Almaniyanın Höttingen universitetinin alimi Gerhard Deyrfer deyib: “Türkmən” sözünün hələ qarışıqlığa səbəb olması çox …

Bir cavab yazın