Bazar ertəsi , Yanvar 25 2021
azfa

Ermənipərəst İran rejimi Qarabağın azadlığından sonra Abbas Lisaniyə qarşı qadağaları artırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim noyabrın 14-də Qarabağın azadlığından sonra Ərdəbil zindanının 7-ci bölməsində həbsə atdığı tanınmış azərbaycanlı siyasi məhbus Abbas Lisaninin telefon danışığı və görüşünə qadağa qoyub.

Hətta oktyabr ayının əvvəllərində Qarabağ müharibəsi başlayan kimi Abbas Lisaniyə qarşı eyni qadağa tətbiq olunmuşdu.

Bu məsələ onu göstərir ki, İran hökumətinin məhkəmə və təhlükəsizlik sistemi Abbas Lisaninin Qarabağla bağlı mesajlar verəcəyinin Azərbaycan cəmiyyətinə təsir qoyacağından nigəran olduğu bildirilir.

30 sentyabr tarixində Lisani adına fəaliyyət göstərən “Telegram” və “İnstagram” səhifələrində bir video yayınlanmışdı. Videoda həbsindən bir neçə gün öncə A.Lisani yaxın gələcəkdə işğalçı ermənilərin kabuslarının gerçəkləşəcəyini bildirirdi.

Video çıxışında Abbas Lisani bildirirdi ki; “Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan parlamentdə Dağlıq Qarabağın işğalçılarına və işğalının tərəfdarlarına Qarabağ məsələsi həll olunmasa, Cənubi Azərbaycan adlı “yatmış dev” ilə qarşılaşacağıq. Əgər o dev oyansa bizi yox edəcək.

Həmin video müraciətdə Abbas Lisani deyirdi ki, “Türk və Azərbaycan düşmənlərinə pis xəbərim var. Onlara bildirmək istəyirəm ki, yatmış dev Azərbaycan artıq oyanıbdır. İran opozisionu dekabr 2017-ci il etirazlarında Azərbaycanın siyasi çəkisini başa düzgün dəyərləndirə bilmədilər. Bu onların ciddi stratejik səhvi idi. Bu gün Azərbaycan güclü şəkildə bir neçə cəbhədə döyüşməəyə qadirdir. Bu cəbhələrdən biridə Qarabağ cəbhəsidir. Vaxtı çatanda hamı Azərbaycanın necə bir güc göstərəcəyinin şahidi olacaq.”

Həmin müraciətdən, eləcə də aksiyalara çağırışlardan bir müddət sonra Güney Azərbaycan şəhərlərtində İranın Ermənistana yardımlarına etiraz olaraq aksiyalar başlandı. Güney Azərbaycanda Azərbaycan Türk Milləti Nurduz keçid məntəqəsinin bağlanmasını tələb etmişdi.

Həmçinin yoxlayın

İranın Çinə gizli şəkildə qanunsuz neft daşıyan 2 tankeri ələ keçirildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İndoneziya İran neftinin Çinə qanunsuz olaraq məxfi şəkildə …

S.C.Pişəvərinin BMT-yə yazdığı gizlədilən məktub-ŞOK TARİXİ FAKTLAR

GADTB: 75 il bundan öncə Güney Azərbaycanda qurulmuş Azərbaycan Milli Hökumətinin başçısı Seyid Cəfər Pişəvəri …

Bir cavab yazın