Şənbə , Aprel 20 2024
azfa

Ermənipərəst İran rejimi Şuşanın azad edilməsinə sevindiyinə görə Əli Hüseynnəjad Əsli həbs edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ermənipərəst İran rejimi Şuşanın azad edilməsinə sevindiyinə və şirniyyat payladığına görə Əli Hüseynnəjad Əsli həbs edib.

Antiislam və ermənipərəs İran rejiminin ETTELAAT məmurları bu gün saat 12-də  Makıda azərbaycanlı fəalın geyim satışı mağazasına hücum edərək onu yaxalayıb naməlum istiqamətə aparıblar.

Qeyd edək ki, Azərbaycan ordusunun Şuşa və digər işğalda olan Azərbaycan ərazilərini işğaldan azad etdiyi üçün Güney Azərbaycan şəhərlərində azərbaycanlı fəallar şənlik edib. Bu isə ermənipərəst İran rejimini qəzəbləndirib.

Bu günlöərdə tanınmış azərbaycanlı fəal Abbas Lisaninin oğlu da Şuşanın azad edilməsinə sevinib şirniyyat payladığına görə rejim onun iş yerini bağlayıb.

Həmçinin yoxlayın

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …

Bir cavab yazın