Cümə , İyun 12 2026
azfa

Ermənistan Muğan və Ərdəbildə xərçəng xəstəliyinin səbəbkarıdır

GADTB-nin Mətbuat Mərkəzinin “Yolpress” saytına istinadən yaydığı məlumata görə, bu barədə Parsabad və Biləsuvarun İran adlanan ölkənin məclisində millət vəkili Şəkur Purhüseyn açıqlama verib. O Ermənistandan tələb edib ki, Araz çayını çirkləndirməyi dayandırsın.

Purhüseyn qeyd edib ki, Ermənistan Araz çayını çirkləndirməklə Ərdəbil vilayəti və Muğanda xərçəng xəstəliyinin kəskin artmasına səbəb olub. O hazırda Muğan məntəqəsində qeyd edilən səbəbə görə xərçəng xəstəliyi tsunamisinin baş verdiyini söyləyib. Millət vəkili bunda Ermənistanın məsuliyyət daşıdığını qeyd edib.

Qeyd edək ki, Ermənistan Metsamor Atom Elektrik Stansiyasının və Aluminium zavodunun radioaktiv və kimyəvi tullantılarının Araz çayına buraxmaqla böyük bir ərazidə ekoloji fəlakətə səbəb olur. Bunun nəticəsində Şərqi Azərbaycan və Ərdəbil vilayətində, həm də Araz çayının keçdiyi Azərbaycan Respublikası ərazilərində xərçəng xəstəliyi kəskin artıb.

Həmçinin yoxlayın

Dünya Bankı İran müharibəsi səbəbindən iqtisadi artımın ən zəif səviyyəyə enəcəyi barədə xəbərdarlıq edib

GADTB: Dünya Bankı hazırda davam edən İran müharibəsinin qlobal iqtisadi artımı COVID-19 pandemiyasından bəri ən …

Qərbi Azərbaycanda elektrik çatışmazlığı nəticəsində 208 idarə işıqsız qalıb

GADTB: İranda elektrik çatışmazlığı böhranının yenidən başlaması ilə eyni vaxtda Qərbi Azərbaycan əyalətində 208 idarəyə …

Bir cavab yazın