
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ermənistan beynəlxalq qanunlara zidd olaraq öz ərazisindən Azərbaycanı atəşə tutub. Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən Azərbaycan Ordusu bölmələrinin mövqelərini artilleriya, minaatan və atıcı silahlardan atəşə tutub.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi Məlumat yayıb.
Məlumatda bildirilib ki, noyabrın 1-ə keçən gecə müxtəlif vaxtlarda Ermənistanın Berd, Çəmbərək və Gorus rayonlarından Azərbaycanın Tovuz, Gədəbəy və Qubadlı rayonlarında yerləşən ordu bölmələrimizin mövqeləri düşmən tərəfindən atəşə tutulub.