Çərşənbə axşamı , İyul 15 2025
azfa

Ermənistanın Azərbaycana hərbi təcavüzünü pislədiyinə görə İran Sədullah və Rəhim Sasani mçəhkəməyə çağrdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ermənipərəst İran rejimi Ermənistanın Azərbaycana hərbi təcavüzünü pislədiyinə görə Sədullah və Rəhim Sasani mçəhkəməyə çağrıb.

Azərbaycanlı fəallar Rəhim Sasani və Sədullah Sasani aldıqları çağırışa görə yanvarın 9-da rejimin Təbrizdə yerləşən ikinci cinayət məhkəməsinin 112-ci şöbəsinə olmalıdırlar.

Həmin azərbaycanlı fəallar Ermənistanın Azərbaycana Tovuz istiqamətindən  hərbi təcavüzünü pislədiyinə görə “Qanunsuz toplaşma və polisə tabe olmamaq”da ittiham olunur.

Onlar iyulun 16-da Təbriz şəhərində Azərbaycan Respublikasına dəstək aksiyası ərəfəsində həbs edilərək, Sepahın Kəşfiyyat İdarəsinin təcridxanasına aparılmışdılar. Fəallar iyulun 29-da 100 milyon tümənlik girov müqabilində müvəqqəti azadlığa buraxılmışdılar.

Sədullah Sasani həmçinin oktyabrın 1-də yenidən Azərbaycan ordusuna dəstək aksiyasında saxlanılaraq 12 oktyabrda yenidən 100 milyon tümən girov qarşılığında məhkəmə işinin bitməsinə qədər zaminə buraxılmışdır.

Həmçinin yoxlayın

Azərbaycan türklərindən “TRT kurdi” kanalının Urmu şəhərini kürd şəhəri kimi təqdim etməsinə etiraz- Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin “TRT kurdi” kanalının Urmu şəhərini kürd şəhəri …

Səfir: ABŞ 100 il müddətinə Zəngəzur dəhlizinə nəzarəti öz üzərinə götürməyi təklif edib

GADTB: ABŞ Zəngəzur dəhlizinə nəzarəti öz üzərinə götürməyi təklif edib. Bu barədə ABŞ-ın Türkiyədəki səfiri …