Cümə , Aprel 26 2024
azfa

Ermənistanın Azərbaycana hərbi təcavüzünü pislədiyinə görə İranın yaxaladığı fəallardan ikisi zaminə buraxıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın Ermənistanın Azərbaycana hərbi təcavüzünü pislədiyinə görə həbs etdiyi iki azərbaycanlı fəal mülki vəsiqə qarşılığında zaminə buraxılıblar.

Azərbaycanlı fəallar Hamed Heydəri Baris oktyabrın 6-ı günorta saatlarında 500 milyon tümənlik mülki vəsiqə qarşılığında zaminə buraxılıb.

Azərbaycanlı fəal Hamed Heydəri Baris oktyabrın 28-də Ərdəbilin Ciral parkında Ermənistanın müsəlman ölkəsi azərbaycana thərbi təcavüzünü pisləmək və Azərbaycanın Qarabağı işğaldan azad etmək üçün hərbi əməliyyatlarına dəstək məqsədi ilə keçirilən eaksiyaya qatıldığı fəallarla birlikdə yaxalanmışdı. Yayılan videolar, fotolar və şahidlərin sözləri həmin fəalların tutulan zaman vəhşicəsinə döyüldüyünü göstərir.

Həmçinin azərbaycanlı milli- mədəni fəal Əli Qəhrəmani də mülki vəsiqə qarşılığında zaminə buraxılıb.

Əli Qəhrəmani daha öncələr 2004, 2006 və 2007- ci illərdə də dəfələrlə həbs edilib. 2010-cu ildə də tutularaq, 16 ay məhkumluq həyatı yaşadıqdan sonra 2012-ci ildə azadlığa çıxıb.

Qeyd etmək lazımdır ki, sentyabrın 29-da Ərdəbilin Ciral parkında Quzey Azərbaycan Ordusunun Qarabağı işğaldan azad etmək üçün keçirdiyi hərbi əməliyyatlara dəstək məqsədi ilə təşkil edilmiş aksiyada 30-dan çox milli fəal həbs edilib. İndiyədək onlardan yalnız 12-nin kim olduğunu müəyyənləşdirmək mümkün olub.
İranın molla rejimi əsil antiislam və Qriqoryan Respublikası olduğunu sübut etmək, eləcə də müsəlman azərbaycanlıların uşaqlarını qətliam etdirmək üçün işğalçı Ermənistanı silah-sursatla və onların tankları və təyyarələrini yanacaqla təmin edir. Bu isə haqq-ədalət tərəfdarı olan insanların narazılığına səbəb olur.
Keçən həftə isə Amnesty İnternational yaydığı bəyanatda Tehran rejimi tərəfindən azərbaycanlı fəalların kütləvi şəkildə həbsindən narahat olduğunu bildirərək, onların dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasını tələb etmişdi.

Həmçinin yoxlayın

Qarabağda Türkiyə-Rusiya Monitorinq Mərkəzi bu gün bağlanır

GADTB: Bu gün Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi olacaq. Bununla bağlı tədbir təntənəli …

Molla rejimi azərbaycanlı körpə doğum haqqında şəhadətnamə vermir

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi türk adına görə azərbaycanlı körpə …

Bir cavab yazın