Cümə axşamı , Mart 28 2024
azfa

Ermənistanın hərbi təcavüzünü pislədiyinə görə İranın həbs etdiyi Əhməd Yavəri mülki vəsiqə qarşılığında zaminə buraxıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, işğalçı Ermənistanın Azərbaycana hərbi təcavüzünü pislədiyinə görə İranın həbs etdiyi azərbaycanlı fəal Əhməd Yavəri mülki vəsiqə qarşılığında zaminə buraxılıb.

Azərbaycanlı milli-mədəni fəal Əhməd Yavəri Təbrizdə rejimin ETTELAAT İdarəsi tərəfindən yaxalanıb sorğu-sual edildikdən 24 saat sonra mülki vəsiqə qarşılığında zaminə buraxılıb.

Təbrizdə işğalçı Ermənistanın Azərbaycana hərbi təcavüzünü pisləmək və Qarabağın azadlığı uğrunda keçirdiyi əməliyyatları dəstəkləmək məqsədilə təşkil edilmiş aksiyaya qatılan Əhməd Yavəri dəfələrlə rejimin ETTELAAT İdarəsinə çağırılaraq təhdid edilmişdi. O, oktyabrın 5-də Təbrizdə rejimin qüvvələri tərəfindən oğurlanmışdı.

Azərbaycanlı fəal oktyabrın 7-də mülki vəsiqə qarşılığında istintaq dövrünün bitməsinə qədər zaminə buraxılıb.

Quzey Azərbaycan Ordusunun Qarabağı işğaldan azad etmək üçün keçirdiyi hərbi əməliyyatlara dəstək məqsədi ilə təşkil edilmiş aksiyada 30-dan çox milli fəal həbs edilib. İndiyədək onlardan yalnız 12-nin kim olduğunu müəyyənləşdirmək mümkün olub.

Qeyd edək ki, oktyabrın 1-də Güney Azərbaycanın əksər şəhərlərində, o cümlədən də Təbriz, Tehran, Qoşaçay, Xiyov, Urmiya, Zəncan, Ərdəbil və s. şəhərlərində on minlərlə insanın iştirakı ilə İranın işğalçı Ermənistana silah göndərilməsinin dayandırılması məqsədilə və Qarabağda erməni işğalçılarına qarşı başladılan uğurlu hərbi əməliyyatlara dəstək aksiyaları keçirilib. Ermənipərəst İran rejimi aksiyalarda 100-dən çox azərbaycanlı fəalı həbs edilib. Lakin Güney azərbaycan dirənişə ciddi-cəhdlə davam edib və 100 minlərlə insan İranın Antiazərbaycan mövqeyinə etirazlarını davam etdiriblər. Nəticədə İran rejimi sözdə də olsa geri addım atmağa məcbur oldu.

İranın molla rejimi əsil antiislam və Qriqoryan Respublikası olduğunu sübut etmək, eləcə də müsəlman azərbaycanlıların uşaqlarını qətliam etdirmək üçün işğalçı Ermənistanı silah-sursatla və onların tankları və təyyarələrini yanacaqla təmin edir. Bu isə haqq-ədalət tərəfdarı olan insanların narazılığına səbəb olur.
Keçən həftə isə Amnesty İnternational yaydığı bəyanatda Tehran rejimi tərəfindən azərbaycanlı fəalların kütləvi şəkildə həbsindən narahat olduğunu bildirərək, onların dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasını tələb etmişdi.

Həmçinin yoxlayın

Təbrizin tarixi bazarında restoran və kafelər bağlandı

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, son bir neçə gündə Təbrizin tarixi bazarında fəaliyyət …

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Bir cavab yazın