GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ermənistanın hərbi təcavüzünü pislədiyinə görə İranın yaxaladığı azərbaycanlı milli- mədəni fəal Hüseyn Balaxani 500 milyon tümənlik mülki vəsiqə qarşılığında istintaq dövrü bitənə qədər Ərdəbil zindanından zaminə buraxılıb.
Azərbaycanlı fəal sentyabrın 28-də Ərdəbilin Ciral parkında Azərbaycan Ordusuna Qarabağda gedən döyüşlərdə dəstək nümayiş etdirmək məqsədilə keçirilmiş mitinqdə 11 digər milli-mədəni fəalla birlikdə İran rejiminin təhlükəsizlik qüvvələri tərəfindən möhkəm döyülərək həbs edilmişdir.
Fəallardan Pərviz Siyasi və Hamed Heydəri də mülki vəsiqə qarşılığında zaminə buraxılıblar.
Əsgər Əkbərzadə, Murtuza, Müctəba və Mustafa Pərvin, Əli və Bəhmən Xeyrcu, Mehdi Huşmənd, eləcə də Səccad, Məhəmməd və Meysəm Culani həmin dəstək mitinqində tutulan digər fəallardır. Onların hələ də harada saxlanması və sağlıq durumu barədə məlumat verilmir.
Qeyd edək ki, İranın molla rejimi əsil antiislam və Qriqoryan Respublikası olduğunu sübut etmək, eləcə də müsəlman azərbaycanlıların uşaqlarını qətliam etdirmək üçün işğalçı Ermənistanı silah-sursatla və onların tankları və təyyarələrini yanacaqla təmin edir. Bu isə haqq-ədalət tərəfdarı olan insanların narazılığına səbəb olur.