Cümə , Aprel 26 2024
azfa

Erməni təcavüzünü pislədiyinə görə İranın yaxaladığı 29 azərbaycanlı fəal məhkəməyə çağrıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ermənistanın Azərbaycan şiələrinin ərazilərinə hərbi hücumunu pislədiyinə görə İranın Təbrizdə həbs etdiyi 29 nəfər azərbaycanlı milli-mədəni fəal rejimin Təbruzdə yerləşən İnqilab və Ümumi Prokurorluğunun 16 saylı şöbəsinə çağrılıblar.

Rejim tərəfindən noyabrın 2-də elektron sistemi vasitəsilə göndərinə bildirişə görə, Təbrizdə 29 azərbaycanlı milli-mədəni fəaldan onlara qarşı irəli sürülən ittihamla bağlı rejimin Təbrizdə yerləşən məhkəməsinin 16 saylı şöbəsinə müraciət etmələri istənilib.

Azərbaycanlı fəallar üç gün ərzində ittihamla bağlı son sözlərini demək məqsədilə adı çəkilən məhkəmə şöbəsinə müraciət etməlidirlər.

Rejimin məhkəməyə çağırdığı azərbaycanlı fəallar aşağıdakılardan ibarətdir:

Siyamək Kuşi, Səid Maleki Masqaran, Süleiman Alizadə-Fərd, Fərhad Aftabi, Rəhim Abdollahi Glenbar, Həmid Məhəmməd Tağizadə, Siavuş Haəzrəti Doştur, Əmin Məhin İbrahimi, Məhəmmad Riza Əsgərxani Gənclu, Əkbər Qoçəli Purqas, Hadi Mustafayi, Mehdi İbrahimzadə, İsmaiyıl Kuhibaşir, Məsud Fəthi, Rza Payinpərəst, Milad Əlinərad, Şahin Purabdollah Minəq, Cavadxan Məhəmmədi, Məhəmməd Heydərzədə, Fərdin Əbdi, Rəhim Abdullahi, Məhəmməd Xanməhəmmədi, Əli Dadazadə, Mürtəza Fərhadzadə, Məqsud Baqiri Gülzar, Əbülfəz Əkbərzadə Səqqi.

Qeyd edək ki, oktyabrın 1-də Güney Azərbaycanın bir sıra şəhərlərində, o cümlədən də Təbriz, Tehran, Qoşaçay, Xiyov, Urmiya, Zəncan və Ərdəbil şəhərlərində on minlərlə insanın iştirakı ilə İranın işğalçı Ermənistana silah göndərilməsinin dayandırılması məqsədilə və Qarabağda erməni işğalçılarına qarşı başladılan uğurlu hərbi əməliyyatlara dəstək aksiyaları keçirilib. Ermənipərəst İran rejimi aksiyalarda 100-dən çox azərbaycanlı fəalı həbs edilib. Saxlanılanların bir çoxunun kimliyi hələlik açıqlanmayıb.

İranın molla rejimi əsil antiislam və Qriqoryan Respublikası olduğunu sübut etmək, eləcə də müsəlman azərbaycanlıların uşaqlarını qətliam etdirmək üçün işğalçı Ermənistanı silah-sursatla və onların tankları və təyyarələrini yanacaqla təmin edir. Bu isə haqq-ədalət tərəfdarı olan insanların narazılığına səbəb olur.

Həmçinin yoxlayın

“Tərcüman” İranın Zəngəzur dəhlizindən qorxusunu işıqlandırdı

GADTB: Yenidən fəaliyyətə başlayan Krım_türklərinə məxsus “Tərcüman” televiziyası İranın Türk dünyası və Zəngəzur dəhlizindən qorxmasından …

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

GADTB: Aprelin 24-də İranın Qum şəhərində bundan əvvəl Suriyada SEPAH-ın yaratdığı qanunsuz qruplaşmanın tərkibində döyüşən …

Bir cavab yazın