Şənbə , Sentyabr 26 2026
azfa

Erməni təcavüzünü pislədiyinə görə İranın yaxaladığı Səid Sultani və Babək Kiyumərsidən heç bir məlumat verilmir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ermənistanın Azərbaycana hərbi təcavüzünü pislədiyinə görə ermənipərəst İranın yaxaladığı azərbaycanlı fəallar Səid Sultani və Babək Kiyumərsidən heç bir məlumat verilmir.

 Oktobrın 4-də rejimin ETTELAAT qüvvələri tərəfindən tutuqlanan Güney Azərbaycanın Culfa şəhər sakinləri, azərbaycanlı mədəni fəallar Səid Sultani və Babək Kiyumərsi ilə bağlı heç bir məlumat verilməyib.

Ehtimal edilir ki, rejimin ETTELAAT qüvvələri həmin tarixdə Babək Kiyumərsini və Səid Sultanini iş yerində həbs edib və onları Təbrizdə ETTELAAT İdarəsinə aparıblar.

Fəalları tutuqladıqdan sonra, ETTELAAT qüvvələri onların evlərində axtarış apararaq maşınlarını, mobayl telefonlarını, kitablarını və ləptablarını özləri ilə götürüblər.

ETTELAAT orqanları, habelə azərbaycanlı fəalların ailələrinə onların həbs xəbərini yaymamaq üçün ciddi basqı edirlər.

Həmçinin yoxlayın

Ermənistan prezidenti Zəngəzur dəhlizinin açılmasının vacibliyini vurğuladı

GADTB: Ermənistan prezidenti TRIPP layihəsinin (Zəngəzur dəhlizinin) açılmasının zəruriliyini vurğulayıb. O bildirib ki, Azərbaycanla Ermənistan …

Britaniya molla rejimə düşmənçilik fəaliyyətlərinə görə xəbərdarlıq etdi

GADTB: Britaniyanın xarici işlər naziri Devid Lammi İranın xarici işlər naziri Abbas Araqçi ilə görüşdə …

Bir cavab yazın