Çərşənbə axşamı , Aprel 16 2024
azfa

Erməni təcavüzünü pisləyən Həkimə Əhmədinin ölkədən çıxışına qadağa və hələ də qalan işgəncə izləri

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ermənistanın Tovuzdan Azərbaycan ərazisinə hərbi təcavüzünü pislədiyinə görə ermənipərəst İranın həbs etdiyi azərbaycanlı xanım Həkimə Əhmədinin ölkədən çıxışına qoyulan qadağa təsdiqlənib.

Eyni zamanda həmin azərbaycanlı milli-mədəni fəal bildirib ki, Ermənistanın hərbi təcavüzünü pislədiyi üçün yaxalandığı zaman məruz qaldığı işgəncənin izləri hələ də bədənində qalır. Fəal yazır bütün bədənində işgəncə izləri mövcuddur. Yalnız ayaqlarında olan işgəncə izlərini yayır:

Həkimə Əhmədi bildirib ki, rejimin Təbrizdəki 2 saylı Mməhkəməsinin 113-cü şöbəsinin oktyabrın 7-də çıxardığı qərara əsasən, onun ölkədən çıxışına qadağa qoyulması təsdiq edilib.

Rejimin məhkəməsi ilk dəfə bu qərarı sentyabrın 20-də qəbul etmişdi və fəal buna etiraz edərək, qərara yenidən baxılmasını istəmişdi. Lakin rejimin məhkəməsi bu etirazı rədd edərək, ədalətsiz qərarı qüvvədə saxlamışdır.

Qeyd edək ki, Tovuzdan Ermənistanın Azərbaycana hərbi təcavüzünün pislənməsi üçün Təbrizdə keçirilən etiraz aksiyasından sonra, oktyabrın 1-də də Güney Azərbaycanın əksər şəhərlərində, o cümlədən də Təbriz, Tehran, Qoşaçay, Xiyov, Urmiya, Zəncan, Ərdəbil və s. şəhərlərində on minlərlə insanın iştirakı ilə İranın işğalçı Ermənistana silah göndərilməsinin dayandırılması məqsədilə və Qarabağda erməni işğalçılarına qarşı başladılan uğurlu hərbi əməliyyatlara dəstək aksiyaları keçirilib. Ermənipərəst İran rejimi aksiyalarda 100-dən çox azərbaycanlı fəalı həbs edilib. Lakin Güney azərbaycan dirənişə ciddi-cəhdlə davam edib və 100 minlərlə insan İranın Antiazərbaycan mövqeyinə etirazlarını davam etdiriblər. Nəticədə İran rejimi sözdə də olsa geri addım atmağa məcbur oldu.

Həmçinin yoxlayın

On yeddi yaşlı yeniyetmə Vahid Əsğərinin qeyri-müəyyən vəziyyətdə həbsi davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Səhənd şəhərində yaşayan 17 yaşlı məktəbli Vahid Əsğəri …

Qadınlar molla rejimin hicab zorakılığına qarşı dirənməyə davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, molla rejimi yenidən qadınlara məcburi hicaba görə vəhşilik …

Bir cavab yazın