Cümə , Oktyabr 23 2026
azfa

Erməniləri dəstəkləyən irqçi farslar azərbaycanlı millət vəkilinə hücuma keçdilər-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ermənilərin Azərbaycana qarşı dəstəklənməsinə etiraz edən azərbaycanlı millət vəkili Hadi Bəhaduri irqçi farsların hücumuna məruz qalıb.

Qarabağı Artsax adlandırıb, ermənilərə dəstək verən irqçi farslar azərbaycanlı millət vəkili Hadi Bəhadurinin onları bu məsələyə görə tənqid etməsindən qəzəblənib, onun İnsagram səhifəsinə hücuma keçiblər. Perspolisin irqçi fars tərəfdarları İnstagram səhifəsində nalayiq sözlər yazmaqla ermənilərə dəstək verib, Qarabağın ermənilərin olduğunu tanıdıqlarını yazıblar.

İrqçi fars rejimə və İrəvana bağlı olan irqçi farslar əsil antitürk və ermənipərəst olduqlarını bir daha nümayiş etdiriblər.

Qeyd edək ki, bir neçə gün öncə Tehranda stadionda irqçi farsları Artsax yazılmış böyük banner açmaqla Qarabağı işğal edən ermənilərə dəstək vermişdilər. bu isə Güney Azərbaycanda əhalinin və azərbaycanlı millət vəkillərinin ciddi etirazı ilə qarşılaşdı.

Həmçinin yoxlayın

Təbrizdə 70 günlük mübarizədən sonra azərbaycanlı körpəyə Sayqı adına doğum şəhadətnaməsi verilib

GADTB: Təbrizdən olan azərbaycanlı ailə 70 gün davam edən müraciət və mübarizədən sonra qız övladına …

Azərbaycanın “Traxtur” komandası qələbə qazandı; azarkeşlərdən irqçiliyə etirazı – VİDEO

GADTB: Azərbaycan “Traktor”u “Sənaye Nefti” komandası üzərində 3:0 hesablı inamlı qələbə qazanaraq yenidən qələbə yoluna …

Bir cavab yazın