Çərşənbə , Oktyabr 21 2026
azfa

Ermənipərəst İran rejimi azərbaycanlı fəalın Şuşanən azad edilməsinə sevindiyi üçün iş yerini bağladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, antiislam və ermənipərəst İran rejimi Şuşanın Azərbaycan ordusu tərəfindən azad edilməsinə sevindiyi və şirniyyat payladığı üçün Abbas Lisaninin oğlu Mehdi (Oxtay) Lisaninin iş yerini bağlayıb.

Rejimin ETTELAAT İdarəsinin göstərişi ilə Ərdəbildə tanınmış azərbaycanlı siyasi məhbus Abbas Lisaninin oğlu Mehdi Lisaninin işləməsinə qadağa qoyulub. Azərbaycanlı fəal noyabrın 9-da Şuşanın Azərbaycan ordusu tərəfindən azad edilməsi münasibətilə  Ərdəbil bazarında şirniyyat paylaması və azərbaycanlıları təbrik edib. Bu isə ermənipərəst molla rejiminin qəzəbinə səbəb olub. Rejimin ETTELAAT İdarəsinin məmurları Mehdi Lisanini bu vasitə ilə “İctimai rəyi çaşdırmaq”da ittiham ediblər.

Artıq rejimin göstərişi ilə Ərdəbil bazarında qızıl mağazalarından birində satıcı işləyən Mehdi Lisaninin işləməsinə qadağa qoyulub.

Bundan öncə də Ərdəbildə rejimin ETTELAAT İdarəsi azərbaycanlı siyasi məhbusun ailəsinə qarşı iqtisadi təzyiqləri gücləndirmək üçün Abbas Lisaninin digər oğlu Əli Lisaninin qızıl və ziynət əşyaları təmiri mağazasını möhürləmiş və onun bazarda fəaliyyət göstərməsinin qarşısını almışdı.

Qeyd edək ki, İranın molla rejimi əsil antiislam və Qriqoryan Respublikası olduğunu sübut etmək, eləcə də müsəlman azərbaycanlıların uşaqlarını qətliam etdirmək üçün işğalçı Ermənistanı silah-sursatla və onların tankları və təyyarələrini yanacaqla təmin edir. Bu isə haqq-ədalət tərəfdarı olan insanların narazılığına səbəb olur.

Həmçinin yoxlayın

Qətər və Pakistan Tehran–Vaşinqton danışıqlarının bərpası üçün plan təklif edib

GADTB: “Əl-Ərəbi əl-Cədid” qəzeti oktyabrın 20-də məlumatlı mənbələrə istinadən xəbər verib ki, Qətər və Pakistan …

Təbrizin Səhənd stadionunda türklərə qarşı irqçiliyə etiraz çağırışı edildi

GADTB: Cənubi Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən Traxtur futbol klubunun azarkeş qrupları Ənzəlidə türklərə qarşı …

Bir cavab yazın