Bazar , Oktyabr 18 2026
azfa

Ermənipərəst İran rejimi azərbaycanlı milli fəal Zeynal Tənhayi Təbrizdə həbs edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan müsəlmanlarına qaeşı erməni xristianlarını himayə edən antiislam İran rejimi Güney Azərbaycanda Ermənistanın Azərbaycana hərbi təcavüzünü pisləyən azərbaycanlıları həbs etməkdə davam edir. Bu istiqamətdə Qriqoryan İran rejimi azərbaycanlı milli fəal Zeynal Tənhayini tutularaq, naməlum istiqamətdə aparılıb.

Rejimin təhlükəsizlik qüvvələri və mülki geyimlilər dünən Zeynal Tənhayinin Təbrizdə yeləşən evinə hücum edib, həbs barədə məhkəmə qərarı göstərmədən onu döyərək yaxalayıb, özləri ilə naməlum istiqamətdə aparmışlar.

Rejimin təhlükəsizlik qüvvələri həmçinin azərbaycanlı fəalın şəxsi əşyaları, eləcə də özü və həyat yoldaşının mobil telefonunu da müsadirə edərək özləri ilə aparmışlar.

Qeyd edək ki, oktyabrın 1-də Güney Azərbaycanın bir sıra şəhərlərində, o cümlədən də Təbriz, Tehran, Qoşaçay, Xiyov, Urmiya, Zəncan və Ərdəbil şəhərlərində on minlərlə insanın iştirakı ilə İranın işğalçı Ermənistana silah göndərilməsinin dayandırılması məqsədilə və Qarabağda erməni işğalçılarına qarşı başladılan uğurlu hərbi əməliyyatlara dəstək aksiyaları keçirilib. Ermənipərəst İran rejimi aksiyalarda 100-dən çox azərbaycanlı fəalı həbs edilib. Saxlanılanların bir çoxunun kimliyi hələlik açıqlanmayıb.

İranın molla rejimi əsil antiislam və Qriqoryan Respublikası olduğunu sübut etmək, eləcə də müsəlman azərbaycanlıların uşaqlarını qətliam etdirmək üçün işğalçı Ermənistanı silah-sursatla və onların tankları və təyyarələrini yanacaqla təmin edir. Bu isə haqq-ədalət tərəfdarı olan insanların narazılığına səbəb olur.

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta rəsmi dəvətlə Türkiyə parlament nümayəndələrinin Avstraliyada türk icması üzvləri ilə görüşünə qatələb

GADTB: Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri …

Urmiya gölünün su səviyyəsi ekoloji normadan 3,5 metr aşağıdır

GADTB: Şərqi Azərbaycan Regional Su İdarəsinin baş direktoru Yusif Qəffarzadə monitorinq stansiyalarının məlumatlarına əsaslanaraq Urmiya …

Bir cavab yazın