Cümə , Aprel 19 2024
azfa

Ermənipərəst İran rejimi erməni təcavüzünü pislədiyinə görə həbs etdiyi 5 nəfər milli fəalı məhkəməyə çağırılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ermənistanın Azərbaycan şiələrinin ərazilərinə hərbi təcavüzü pislədiyinə görə ermənipərəst İran rejiminin Rəşt şəhərində yaxaladığı 5 nəfər azərbaycanlı fəal məhkəməyə çağrıldı.

Rejim azərbaycanlı milli-mədəni fəal Vədud Əsədi, Məhəmməd Eyni Çunexan, İbrahim Gənci Əfsuran, Vəhid Bəyzadə və Məhəmməd Şirini Rəştdə Ümumi və İnqilab məhkəməsinə çağırıb.

Bununla bağlı fəallara İran Məhkəmə Sisteminin elektron sistemindən bildiriş göndərilib.

Bildirişdə qeyd edilib ki, onlar məlumatın elektron sistemdə dərc edilməsindən 5 gün sonra Rəştin Ümumi və İnqilab məhkəməsinə gəlməlidirlər.

Rejim Ermənistanın Azərbaycan şiələrinin ərazilərinə hərbi təcavüzü pislədiyinə görə azərbaycanlı fəalları “ölkə təhlükəsizliyinə qarşı qruplaşma və sözləşmə”də ittiham edib. Bundan belə çıxır ki, Ermənistanın Azərbaycana hərbi təcavüzü Xamenei rejiminin təhlükəsizliyinə qarşı çıxmaq anlanına gəlir.

Qeyd edək ki, İranın molla rejimi əsil antiislam və Qriqoryan Respublikası olduğunu sübut etmək, eləcə də müsəlman azərbaycanlıların uşaqlarını qətliam etdirmək üçün işğalçı Ermənistanı silah-sursatla və onların tankları və təyyarələrini yanacaqla təmin edir. Bu isə haqq-ədalət tərəfdarı olan insanların narazılığına səbəb olur.

Həmçinin yoxlayın

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …

Bir cavab yazın