Cümə axşamı , May 14 2026
azfa

Ermənipərəst İran rejimi erməni təcavüzünü pisləyən Əli Xeyrcu və Meysəm Colani məhkəməyə çəkir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ermənipərəst İran rejimi Ermənistanın Azərbaycan şiələrinin ərazilərinə hərbi hücumunu pislədiyinə görə azərbaycanlı fəallar Əli Xeyrcu və Meysəm Colanini məhkəməyə çağırdı. Onlar  dekabrın 1-də saat 8:30-da rejimin Ərdəbildəki Cinayət Məhkəməsinin 110 saylı şöbəsində olmalıdırlar.

Bununla bağlı azərbaycanlı fəalara bildiriş vərəqəsi göndərilib. Ermənipərəst İran rejimi Ermənistanın Azərbaycan şiələrinin ərazilərinə hərbi hücumunu pislədiyinə görə fəalları “İğtişaş yaratmaqla ictimai asayişi pozmaq”da ittiham edib.

Halbuki, həmin iki mədəni fəal rejimin təhlükəsizlik qüvvələri tərəfindən oktyabrın 1-də evlərində tutulmuşdular. Onlar Ərdəbilin Ceral Parkı məhbusları ilə birlikdə, hər biri 300 milyon tümən girov müqabilində məhkəmə prosesi bitənə qədər zaminə buraxılmışdılar.

Fəalların hər biri yaxandıqdan sonar üç ayrı ittihamla günahlandırılırdı. Digər iki ittiham baxılması üçün inqilab məhkəməsinə göndərildi.

ETTELAAT qüvvələri Əli Xeyrcunu yaxalamaq üçün heç bir məhkəmə qərarı olmadan evin duvarından aşaraq milli fəalı və onun ailə üzvlərini döyüb, təhqir etmişdilər.

Xeyrcu tutulduqdan sonra Ceneral Parkı məhbuslarının anaları və Xeyrucunun həyat yoldaşı Əfsanə xanım Əkbərzadə yaxınlarının vəziyyətini öyrənmək üçün Ərdəbil prokrorluğunun 10-cu şöbəsinə müraciət etmişdilər. Lakin rejimin əlaltısı hakim Nonəhal tərəfindən təhqir olunaraq uzaqlaşdırılmışdılar.

Xeyrcunun həyat yoldaşı Əfsanə xanım Əkbərzadə isə Nonəhalın tərbiyəsiz davranışlarına, söyüş və təhqirlərinə və həbs olunan milli fəalların saxlanılmasının qanunsuzluğuna etiraz etdiyi üçün 24 saatlığına həbs olunmuşdu.

Qeyd edək ki, sentyabrın 29-da Ərdəbilin Ciral parkında Ermənistanın Azərbaycana hərbi təcavüzünü pislədiyi və Qarabağın azadlığı uğrunda Azərbaycanın keçirdiyi əməliyyatlara dəstək məqsədilə təşkil edilmiş aksiyada iştirakına görə bir çox azərbaycanlı fəal ermənipərəst İran rejimi tərəfindən vəhşicəsinə döyülərək həbs edilib.

Həmçinin oktyabrın 1-də Güney Azərbaycanın bir sıra şəhərlərində, o cümlədən də Təbriz, Urmiya, Zəncan və Ərdəbil şəhərlərində, eləcə də Tehranda on minlərlə insanın iştirakı ilə Qarabağda erməni işğalçılarına qarşı başladılan uğurlu hərbi əməliyyatlara dəstək aksiyaları keçirilib. Aksiyalarda 100-dən çox azərbaycanlı fəal həbs edilib. Saxlanılanların bir çoxunun kimliyi hələlik açıqlanmayıb.

İranın molla rejimi əsil antiislam və Qriqoryan Respublikası olduğunu sübut etmək, eləcə də müsəlman azərbaycanlıların uşaqlarını qətliam etdirmək üçün işğalçı Ermənistanı silah-sursatla və onların tankları və təyyarələrini yanacaqla təmin edir. Bu isə haqq-ədalət tərəfdarı olan insanların narazılığına səbəb olur.

Həmçinin yoxlayın

Molla rejimin həbs etdiyi türkmən gənc Məhəmmədrza Mühümianın vəziyyətindən 3 aydır xəbər yoxdur

GADTB: Təxminən 3 ay keçməsinə baxmayaraq, Məhəmmədrza Mühümian adlı Gümbəd Kavuslu türkmən gəncin taleyi və …

ABŞ enerji naziri: İran rejimi silah səviyyəli urana çox yaxınlaşıb və bir neçə həftə ərzində buna çata bilər

GADTB: ABŞ enerji naziri Kris Rayt açıqlamasında bildirib ki, İran İslam Respublikası silah səviyyəsində zənginləşdirilmiş …

Bir cavab yazın