Cümə axşamı , Oktyabr 22 2026
azfa

Ermənipərəst İran rejimi Ermənistanın hərbi təcavüzünü pisləyən çoxsaylı azərbaycanlı fəalları yaxaladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ermənipərəst İran rejimi Güney Azərbaycan şəhərlərində İran rejiminin işğalçı Ermənistana dəstəyinə etirazla bağlı çox sayda azərbaycanlı fəalı yaxalayıb.

Oktyabrın 18-də ermənipərəst rejim Güney Azərbaycanın Meşkinşəhr şəhərlərində azərbaycanlı milli-mədəni fəallar Aydın Zakiri, Tehran sakini olan İffət Nikbəxt, Rza Seyid Nuri isə Muğanın Parsabad şəhərində təhlükəsizlik qüvvələri tərəfhindən həbs edilərək naməlum istiqamətə aparılıblar.

Ərdəbil şəhərində isə rejimin ETTELAAT məmurları azərbaycanlı fəal Əfşar Mühibbini yaxalamaq üçün onun atası evinə basqın etsələr də, fəal evdə olmadığı üçün onu həbs edə bilməyiblər.

Rejimin məmurları həmçinin oktyabrın 17-də Təbrizdə milli-mədəni fəallar Rəsul Rəzəvi, Əkbər Mühaciri və Hüseyn Məhəmmədiyanın mənzillərinə basqın edərək, hər üç fəalı yaxalayıb.

Qeyd edək ki, İranın molla rejimi əsil antiislam və Qriqoryan Respublikası olduğunu sübut etmək, eləcə də müsəlman azərbaycanlıların uşaqlarını qətliam etdirmək üçün işğalçı Ermənistanı silah-sursatla və onların tankları və təyyarələrini yanacaqla təmin edir. Bu isə haqq-ədalət tərəfdarı olan insanların narazılığına səbəb olur.

Həmçinin yoxlayın

İsrailin müdafiə nazirindən İrana sərt xəbərdarlıq: “İsrailə hücum etsəniz, İran alovlar içində yanacaq”

GADTB: İsrailin müdafiə naziri İsrael Kats oktyabrın 21-də, çərşənbə günü, İran İslam Respublikası və onun …

Mirzoyan: TRIPP dəmir yolunda sərnişin daşımaları olacaq

GADTB: Ermənistan xarici işlər naziri Ararat Mirzoyan “Tramp marşrutu” (TRIPP) çərçivəsində Ermənistandan keçəcək dəmir yolu …

Bir cavab yazın