Şənbə , Oktyabr 17 2026
azfa

Ermənipərəst İran rejimi yenidən Zəngəzur dəhlizi məsələsində Ermənistana dəstək verdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran Prezidenti İbrahim Rəisi Ermənistan Baş naziri Nikol Paşinyanla telefon danışığında deyib ki, ölkələrin ərazi bütövlüyü və suverenliyinin dəstəklənməsi İranın prinsipial siyasətidir.

O, hazırda müzakirəsi gedən dəhlizlər məsələsinə də toxunub və bildirib ki, İran Ermənistanın öz ərazisi və yolları üzərində suverenliyini dəstəkləyir.

Rəisi Azərbaycan və Ermənistan arasında danışıqlarda inkişafı da alqışlayıb:

“Ümid edirik ki, Azərbaycanla Ermənistan arasında məsələlər beynəlxalq prinsiplər və hüquq çərçivəsində sülh yolu ilə həll olunacaq. Regionda sülhün, sabitlik və təhlükəsizliyin şahidi olmaq istəyirik”.

Qeyd edək ki, Azərbaycan Zəngəzurdan keçən yolun dəhliz olmasını, Ermənistan isə bu yola nəzarət etməyi istəyir. Bu halda isə Azərbaycan Laçın dəhlizinə nəzarəti bərpa edəcəyini bəyan edib.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …