Çərşənbə , İyun 17 2026
azfa

Hizbullah terror təşkilatı Suriyada yerin altında İran PUA-ları və silahları üçün baza tikib

نگراني رژيم صهيونيستي از توانمندي هاي مقاومت لبنان

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İrana bağlı “Hizbullah” terror qruplaşması Dəməşqdən cənubda, köhnə hərbi bazanın ərazisində zərbə və kəşfiyyat PUA-larını gizlədiblər. Bu barədə Suriya İnsan Haqları Monitorinq Qrupu (SOHR) bildirir.

Məlumatda deyilir ki, “Hizbullah”ın mühəndis bölmələri Əl-Kisua rayonundakı bazada yeraltı kommunikasiyaları genişləndirirlər, hansı ki, ötən il dekabrın əvvəllərindən başlayaraq orada pilotsuz uçan aparatları gizlədiblər. Bu addım PUA-ları İsrailin hava zərbələrindən qorumaq üçün atılıb.

SOHR bildirir ki, “Hizbullah” yerli sakinlərin hərbi obyektə yaxınlaşmasına icazə vermir, ərazidə foto və video çəkmək qadağandır. Ehtimal edilir ki, həmin obyektdə İrandan gətirilmiş hissələrdən pilotsuz aparatların yığılması da həyata keçirilir.

Ötən ilin noyabrında İsrailin müdafiə naziri İranın Suriya hüdudlarından kənarda hava zərbələri endirmək üçün pilotsuz uçan aparatlar cəmləşdirdiyini, onları Suriyadakı köhnə hərbi bazalarda saxladığını açıqlamışdı. Onun sözlərinə görə, pilotsuz aparatlar minlərlə kilometr məsafədə strateji hədəflərə zərbə endirə bilər. “Bu potensial artıq sünni ölkələrini, Yaxın Şərqdəki beynəlxalq qoşunları, habelə Avropa və Afrika ölkələrini təhlükəyə məruz qoyur”, – nazir  demişdi.

Həmçinin yoxlayın

Güney Azərbaycanda vəkil öldürülüb

GADTB: Güney azərbaycandan olan vəkil Məcid Pejumanın cəsədi Qərbi Azərbaycan əyalətindəki Həsənlu bəndi ətrafında aşkar …

ABŞ-la İran arasında razılaşma BMT-də təsdiqlənəcək

GADTB: “Bloomberg” ABŞ və İran arasında müzakirə olunan 14 maddəlik anlaşma memorandumunun layihəsini dərc etdiyini …