Bazar ertəsi , İyun 15 2026
azfa

Ermənipərəst rejim Tikantəpədə yaxaldığı azərbaycanlı fəallar sərbəst buraxdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Şuşanın və Qarabağın azad edilməsinə sevindiyinə görə ermənipərəst İran rejiminin 12 noyabrda 5 azərbaycanlı fəalı Tikantəpədə (Tekab) yaxaladığı fəal sərbəst buraxılıb. Fəallar sırf müsəlman Azərbaycan ölkəsinin uğurları üçün şənlik etdiyinə görə cəzalandırılımışdılar.

Cuma axşamı noyabrın 12-də bir qurup Tikantəpədə şəhər sakini və milli-mədəni fəal şəhərin mərkəzi küçələrində toplanaraq Qarabağın Ermənistanın işğalından azad edilməsini qutlamaq istəiblər. Azərbaycanlı fəallar dinc şəkildə əhaliyə şirniyyat paylayıb və şənlik etdikləri zaman antiislam və ermənipərəst İran rejiminin məmurlarının hücumuma məruz qalıblar. Rejimin məmurları vəhşicəsinə hücum edib və azərbaycanlı fəallardan 5 nəfərini yaxalamışdılar.

Rejimin Tikantəpə şəhərində “Ticarət Obyektlərinə Nəzarət İdarəsi”nin məmurları gənclərin dinc tədbirlərini dağıdaraq, azərbaycanlı milli-mədəni fəal Məcid Zahidpuru yaxalamışlar.

Bir saat sonra isə rejimin məmurları şəhərin Meşəlik parkında azərbaycanlı fəallar Saib Nəhavəndi Tikantəpə və Abdullah Qulamini həbs ediblər. Onlar, Sədri soyadlı daha iki azərbaycanlı fəalı yaxalamışdılar. Məmurlar həmçinin daha çox fəalı həbs etçməyə çalışsalar da buna müvəffəq olmamışdılar.

Həmçinin yoxlayın

Evin həbsxanasında saxlanılan azərbaycanlı milli-mədəni fəal Səlar Tahir Əfşarın cəzası artırılıb

GADTB: Yayılan məlumatlara görə, Evin həbsxanasında saxlanılan azərbaycanlı siyasi məhbus Salar Tahir Əfsharin hökmü artırılıb. …

ABŞ ilə mümkün razılaşma İran mətbuatını iki cəbhəyə bölüb

GADTB: İran və ABŞ arasında müzakirə olunan mümkün razılaşma ölkə daxilində, xüsusilə də mətbuat orqanları …

Bir cavab yazın