Şənbə , Noyabr 14 2026
azfa

Ermənistan silahlanmağa başlayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ermənistan qarşısına silahlanma proqramı qoyub – yəni yenidən öz ordusunu silahlandırmağa hazırlaşır. Bu fikirləri Azərbayvan Müdafiə Nazirliyinin keçmiş əməkdaşı, hərbi ekspert Azad İsazədə yerli mediaya açıqlamasında deyib.

“İrəvan kosmosa peyk buraxır. Bu peykin Ermənistan sərhədlərinə nəzarətdə kömək olacağı vurğulanır. Sonra isə Ermənistan Müdafiə Nazirliyinin əməkdaşları Hindistana yola düşür. Bu ölkə Ermənistana yeni nəsl dronlarını sata biləcəyini bildirir. Bu barədə Hindistan mediası yazıb.

Bəs görəsən İrəvan nə etməyə çalışır?

44 günlük müharibədəki taktikamızı yada salaq – görünür, ermənilər Azərbaycanın təcrübəsini tətbiq edirlər. Qarabağ uğrunda gedən döyüşlərdə bizim dronlar sputnikimizlə vəhdət halında çalışırdı. Bu taktika ermənilərin hərbi gücünü 44 günə yox etdi. Hazırda onlar yenidən ordu yaratmağa, silahlanmağa çalışır.

Biz anlamalıyıq ki, hətta sülh sazişi imzalanarsa, hətta dövlətlərimiz arasında sərhədlərin demarkasiyası baş versə belə, gələcəkdə Ermənistanın Azərbaycana qarşı işğal planlarına yenidən qayıtmayacağına zəmanət yoxdur.

Ermənistanda hərbi quruculuq cəhdlərini daim izləmək lazım gələcək və müvafiq olaraq, bu ölkənin silahlı qüvvələrində hər hansı istiqamət inkişaf etdikdə, biz hərəkətə keçməliyik”, – deyə o qeyd edib.

Həmçinin yoxlayın

İran İslam Respublikası ilə müharibənin maliyyələşdirilməsinin dayandırılması ABŞ-ın Tehran qarşısında imkanlarını məhdudlaşdıracaq

GADTB: Amerikanın “The National Interest” nəşri xəbərdarlıq edib ki, demokratların İran İslam Respublikası ilə müharibənin …

Molla rejimi Qəşqay türklərinin Qəşqay vilayətinin yaradılması tələbinə məhəl qoymur

GADTB: Qəşqay türklərinin Qəşqay vilayətinin bərpası və ya yenidən yaradılması ilə bağlı uzun illərdir davam …