Çərşənbə , Aprel 2 2025
azfa

Ermənistan silahlı qüvvələri Azərbaycan mövqelərini atəşə tutub

GADTB: Martın 31-də saat 11:10 radələrində Ermənistan silahlı qüvvələrinin Qarakilsə rayonunun Bazarçay yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun mövqeləri atıcı silahlardan atəşə tutulub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, son günlər mütəmadi olaraq Azərbaycan Ordusunun bölmələrini atəşə tutan, eləcə də mövqelərimiz üzərində pilotsuz uçuş aparatları və dronlarla kəşfiyyat xarakterli uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan tərəfi təxribatlarını ört-basdır etmək məqsədilə dezinformasiyalar yayır.

Bildiririk ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Xanazax yaşayış məntəqəsinin atəşə tutulması barədə Ermənistanın yaydığı məlumatın heç bir real əsası yoxdur, tamamilə yalandır və dezinformasiya xarakteri daşıyır.

Qarşı tərəf bu cür yalan və həqiqətə uyğun olmayan məlumatlar yaymaqla beynəlxalq ictimaiyyətdə yanlış rəy formalaşdırmağa və təxribatlarını gizlətməyə cəhd edir.

Həmçinin yoxlayın

Azərbaycana qarşı olan mühacir kürd Hakim Məmkan qatil Simkonun fotosu altında şəkil çəkdirib

GADTB: Mühacir kürdlərdən Urmiya adına İran məclisinə göndərdikləri Hakim Məmkan Qaqarin “Urmiya qəssabı” kimi tanınan …

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Media Turk TV”-də “İsraildən dağıdıcı əməliyyat – İrana ağır zərbə” mövzusunda çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı sayın …