“Sputnik Armenia” xəbər verir ki, İran hökuməti Ermənistanın Təbrizdəki baş konsulluğunun açılışının 2024-cü ilin əvvəlinə planlaşdırıldığını bildirib.
Məlumata görə, Ermənistan XİN bu haqda bildirib: “Nəzərinizə çatdırırıq ki, indi hazırlıq işləri görülür. Nazirlik əlavə proseslər haqqında lazımi məlumatı verəcək”.
Qeyd olunub ki, daha öncə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Ermənistanın Təbrizdəki Baş Konsulluğunun 2024-cü ilin əvvəlində açılacağına da ümid etdiyini bildirmişdi./ Azad İran