GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ermənistan Azərbaycanla gələcək nəqliyyat kommunikasiyalarının təhlükəsizliyini özəl təhlükəsizlik agentliklərinə həvalə etmək imkanlarını araşdırır.
Bu barədə Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan deyib.
“Bəli, bu ehtimal nəzərdən keçirilir, lakin hazırda əlavə məlumat yoxdur”, – o bildirib.
Səfəryan qeyd edib ki, özəl mühafizə şirkətləri cəlb olunarsa, onlar bütün kommunikasiyaların, o cümlədən Azərbaycan ərazisindən keçən hissələrin mühafizəsinə cavabdeh olacaq.
O həmçinin bildirib ki, Ermənistan sərhədçiləri və gömrükçüləri sərhəddə öz vəzifələrini yerinə yetirəcəklər.