Şənbə , Oktyabr 17 2026
azfa

Türkiyə Türkmənistanın TDT və TÜRKPA-ya tamhüquqlu üzv olmasını istəyir

GADTB: Türkiyənin Aşqabaddakı səfiri Ahmet Demirok Türkmənistanın Türk Dövlətləri Təşkilatına (TDT) və Türk Dövlətləri Parlament Assambleyasına (TÜRKPA) tamhüquqlu üzv kimi daxil olmasını arzuladıqlarını bildirib. Bu barədə “Star Gazetesi” məlumat yayıb.

“Türkmənistanın TDT və TÜRKPA-ya tamhüquqlu üzv kimi qoşulmasını arzu edirik. Türkmənistan türk dünyası ailəsinin çox önəmli bir üzvüdür. Türkmənistanın yaxın gələcəkdə TDT-yə tamhüquqlu üzv olması ilə türk dünyasında əməkdaşlığın daha da güclənəcəyinə tam inanırıq”, – deyə o əlavə edib.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …