Bazar ertəsi , Oktyabr 19 2026
azfa

Ermənistandan Azərbaycanın mülki əhalisinə qarşı terroru; Tərtərdə dəfn mərasimi top atəşinə tutuldu-Video

دومین جلسه شورای داخلی پاسداشت زبان فارسی 17

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ermənistandan Azərbaycanın mülki əhalisinə qarşı terroru əməliyyatı davam edir. Ermənistanın silahlı qüvvələri 10 oktyabr 2020-ci il tarixdə saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini, o cümlədən 1949-cu il tarixli Cenevrə Konvensiyalarının əsas norma və prinsiplərini kobud şəkildə pozmaqla dinc mülki əhalimizə qarşı cinayət əməllərini törətməkdə davam edir.

Baş Prokurorluğun mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, bu gün saat 13 radələrində düşmən tərəfin silahlı birləşmələri tərəfindən Tərtər şəhər qəbiristanlığının dəfn mərasimi keçirilərkən qəsdən ağır artilleriyadan intensiv atəşə tutulması nəticəsində həmin zaman orada olan şəhər sakinləri 1989-cu il təvəllüdlü Orucov Pərviz Novruz oğlu, 1962-ci il təvəllüdlü Rüstəmov Vasif Bahadur oğlu və 1988-ci il təvəllüdlü Zamanov Şakir Xasay oğlu həlak olub, Məmmədov Fizuli Əli oğlu, Əmirov İsgəndər Yelmar oğlu, Allahverdiyev Elsevər Vəli oğlu, Əmirov Nofəl Yelmar oğlu və Qəzənfərli Rəfael Qəzənfər oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilir.

Hadisə nəticəsində ölənlər:

Rüstəmov Vasif Bahadur oğlu (1962),

Orucov Pərviz Novruz oğlu (1989),

Zamanov Şakir Xasay oğlu (1988).

Yaralananlar:

Məmmədov Füzuli Əli oğlu (1966),

Əmirov Nofəl Yelmar oğlu (1968),

Əmirov İskəndər Yelmar oğlu (1967),

Allahverdiyev Elsevər Vəli oğlu (1979),

Qəzənfərli Rafael Qəzənfər oğlu (1986).

Qəbristanlığın videosu:

https://t.me/GADTB1/3582

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta rəsmi dəvətlə Türkiyə parlament nümayəndələrinin Avstraliyada türk icması üzvləri ilə görüşünə qatələb

GADTB: Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri …

Urmiya gölünün su səviyyəsi ekoloji normadan 3,5 metr aşağıdır

GADTB: Şərqi Azərbaycan Regional Su İdarəsinin baş direktoru Yusif Qəffarzadə monitorinq stansiyalarının məlumatlarına əsaslanaraq Urmiya …

Bir cavab yazın