Ermənistanı dəstəkləyən irqçi fars rejimi Urmiyada ermənilərlə Azərbaycana qarşı mərkəz yaradır

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, Ermənistanı dəstəkləyən irqçi fars rejimi Urmiyada ermənilərlə Azərbaycana qarşı mərkəz yaradıb. Fars rejimi elmi əlaqələr adı altına Urmiya və Salmasda 200 min Azərbaycan türkünü soyqırıma məruz qoymuş ermənilərlə Azərbaycana qarşı yeni fitnəkarlığı planlaşdırır.

Məluamat görə, Urmiya Universitetini Ermənistanla elmi sahədə əməkdaşlıq üçün koordinasiya mərkəzi seçən İran Elmi Araşdırma və Texnologiya Nazirliyinin beynəlxalq məsələlər üzrə müavini Hüseyin Salar Amoli iki ölkə arasında elmi əməkdaşlığın digər sahələrdə də əməkdaşlığa töhfə verəcəyini bildirib.

Hüseyn Salar Amoli İran və Ermənistan arasında elmi əməkdaşlıqla bağlı “yol xəritəsi”nin hazırlanması üçün Urmiyə Universitetinin elmi əməkdaşlıq koordinasiya mərkəzi olaraq müəyyən edildiyini açıqlayıb.

Erməni heyətinə başçılıq edən Ermənistan elm və təhsil nazirinin müavini Vahram Mekerdiçyan isə ölkəsinin “Baloniya prosesi”nə qatılmaq üzrə olduğunu və parlamentdə universitetlərin müstəqilliyini artıracaq yeni qanun layihələri qanun ediləcəyini nəzərə çatdırıb.

İclasda Urmiyə, Şərif və Təbatəbayi universitetlərinin nümayəndələri, həmçinin Öyrəncilərin İşləri üzrə Təşkilatın nümayəndəsi də iştirak edib.

Həmçinin yoxlayın

ABŞ-İran danışıqlarının gələn həftə İslamabadda bərpa oluna biləcəyi bildirilir

GADTB: “The Wall Street Journal” (WSJ) mənbələrə istinadla bildirir ki, ABŞ və İran arasında danışıqların …

Abbas Lisani və Yusif Karı istintaqda iştirakdan imtina ediblər

GADTB: Azərbaycanlı milli fəallar Abbas Lisani və Yusif Karı istintaq prosesini “şou xarakterli, qeyri-hüquqi və …

Bir cavab yazın