Bazar ertəsi , Oktyabr 26 2026
azfa

Ermənistanıın Azərbaycana hərbi təcaqvüzünü pislədiyinə görə İranın həbs etdiyi fəallardan 2 aydır xəbər verilmir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ermənistanın Azərbaycana hərbi təcavüzünü pislədiyinə görə ermənipərəst İranın yaxaladığı azərbaycanlı fəallar Səid Sultani və Babək Kiyumərsidən 2 aydır heç bir məlumat verilmir.

Oktobrın 4-də rejimin ETTELAAT qüvvələri tərəfindən tutuqlanan Güney Azərbaycanın Culfa şəhər sakinləri, azərbaycanlı mədəni fəallar Səid Sultani və Babək Kiyumərsi ilə bağlı heç bir məlumat verilməyib.

Ermənipərəst molla rejimi Ermənistanıın Azərbaycana hərbi təcaqvüzünü pislədiyinə görə həmin fəalları “ölkəyə qarşı qruplara üzvlük”də günahlandırıb. Belə çıxır ki, xristian Ermənistanıın şiə ölkəsi Azərbaycana hərbi təcaqvüzünü pisləmək molla rejiminə qarşı olmaq deməkdir.

Ehtimal edilir ki, rejimin ETTELAAT qüvvələri həmin tarixdə Babək Kiyumərsini və Səid Sultanini iş yerində həbs edib və onları Təbrizdə ETTELAAT İdarəsinə aparıblar.

Fəalları tutuqladıqdan sonra, ETTELAAT qüvvələri onların evlərində axtarış apararaq maşınlarını, mobayl telefonlarını, kitablarını və ləptablarını özləri ilə götürüblər. ETTELAAT orqanları, habelə azərbaycanlı fəalların ailələrinə onların həbs xəbərini yaymamaq üçün ciddi basqı edirlər.

Həmçinin yoxlayın

Məkkə sazişi ölkəkəri Tehrana səfər edib

GADTB: Pakistanın təklifi və İranın təşkilatçılığı ilə Tehranda İran, Pakistan, Türkiyə və Səudiyyə Ərəbistanı arasında …

BMT müharibənin İranda repressiyaları gücləndirdiyini bildirir

GADTB: BMT-nin İranda insan hüquqları üzrə xüsusi məruzəçisi Mai Sato deyib ki, müharibədən sonra İranda …

Bir cavab yazın