Bazar , Oktyabr 25 2026
azfa

Ermənistanın Araz çayında ekoloji fəlakətə səbəb olması fars rejimi də qəzəbləndirdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qətərin paytaxtı Dohada keçirilən Beynəlxalq Parlamentlərarası İttifaqın 140-cı iclasında iştirak edən irqçi fars rejimin məclisinin sədri Əli Laricani işğalçı Ermənistan parlamentinin sədri Ararat Mirzoyan ilə görüşüb.

Görüşdə irqçi fars rejimin sədri Araz çayını çirkləndirdiyinə görə Ermənistana ciddi iradını bildirib. Əli Laricani diqqətə çatdırıb ki, Ermənistan hökuməti ekoloji problemləri diqqətdə saxlamalı və Araz çayına çirkab suların axıdılmasına son qoymalıdır. İran parlamentinin sədri bildirib ki, çayın çirkləndirilməsi ekoloji problem yaratmaqla yanaşı, İranın kənd təsərrüfatına da ziyan vurur.

Ermənistan parlamenti sədrinin diqqətinə çatdırılıb ki, ümumi istifadədə olan Araz çayının çirkləndirilməsi beynəlxalq qanuna və normalara ziddir. Rəsmi Yerevandan qəti şəkildə tələb olunub ki, Araz çayının çirkləndirilməsi məsələsi aradan qaldırılsın.

Həmçinin yoxlayın

ABŞ İrana yeni zərbələr dalğasına hazırlaşır

GADTB: “The Wall Street Journal” qəzeti hərbi planlaşdırma ilə tanış amerikalı rəsmilərə istinadən xəbər verir …

Təbriz bələdiyyəsinin sürücülərinin qeyri-müəyyən vəziyyəti davam edir, işdən çıxarılmaqla hədələnirlər

GADTB: Təbriz bələdiyyəsinin 10 bölgəsində çalışan sürücülərin Şəhər Şurasının qarşısında keçirdikləri etiraz aksiyasından təxminən iki …

Bir cavab yazın