Etirazlardan sonra Traxtura qarşı nalayiq hərəkət edən Perspolis qapıçısı İnzibati Komitəyə çağırıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimdə bütün dövlət qurumları irqçi yanaşma sərgiləyir. Rejimin Futbol Federasiyasının İnzibatı Komitə də Azərbaycana qarşı hər zaman irqçi yanaşma sərgiləməkdədir. Bu isə ciddi şəkildə azərbaycanlı fəalların narazılığına səbəb olub.

Nəhayət etirazlardan, eləcə də Güney Azərbaycanın Traxtur futbol klubunun rəsmi şikayəti və kəskin etirazından sonra Tehranın Perspolis komandasının qapıçısı Futbol Federasiyasının İnzibati Komitəsinə çağırılıb.

Futbol Federasiyasının rəsmi saytının məlumatına görə, Əlirza Biranvənd bəzi məsələlərə aydınlıq gətirmək üçün şənbə günü İnzibati Komitəyə müraciət etməlidir.

Qeyd edək ki, Əlirza Biranvənd 19-cu super liqa yarışlarının ikinci həftəsində avqustun 30-da komandası ev sahibinə 1:0 hesabı ilə məğlub olduqdan sonra üzünü Traxtur tərəfdarlarına tutaraq qeyri-əxlaqi və nalayiq bir hərəkət edib. Təbrizin səhənd stadionunda baş verən hadisə Traxtur tərəfdarları və Azərbaycanın Traxtur klubunun kəskin etirazına səbəb oldu.

Rejimin Futbol Federasiyasının İnzibati Komitəsinin bundan öncəki qərarlarından olduqca narazı olan Traxtur tərəfdarları Perspolisin qapıçısı barəsində çıxarılacaq qərarı gözləyir.

Həmçinin yoxlayın

Molla rejimi Təbrizli gənc qızı ETTELAAT-a çağırdıqdan sonra o intiha edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, bir sıra insan haqları mənbələri keçmiş siyasi məhbus …

Traxturun xanım tərəfdarları stadiona gələ biləcək

GADTB: Şərqi Azərbaycan əyalətində Traxtur futbol komandasının qadın tərəfdarlarının  stadiona girişinə icazə verilib Bu haqda …

Bir cavab yazın