Çərşənbə , Noyabr 11 2026
azfa

Evin həbsxanası önündə aksiya – “Araz Aman”ın ailəsi də etirazçılara qoşuldu

GADTB: Artıq üçüncü gündür ki, Tahir Nəqəvi və Vədud Əsədinin ailə üzvləri və yaxınları, bu dəfə Araz Amanın ailəsinin də iştirakı ilə, Tehrandakı Evin həbsxanasının qarşısında toplaşaraq etiraz və oturaq aksiyalarını davam etdirirlər.

Aksiya iştirakçıları iki azərbaycanlı siyasi məhbusun vəziyyəti ilə bağlı dərhal və şəffaf məlumat verilməsini, eləcə də həbsxana rəhbərliyinin məsuliyyət daşıyan cavablar təqdim etməsini tələb ediblər.

Ailələrin yaxınlarının bildirdiyinə görə, həbsxana qüvvələri etirazın davam etməsinə mane olmağa çalışıblar. Lakin ailələr “narahatlığımız o qədər dərin və ciddi­dir ki, heç bir təhdidlə susdurula bilmərik” deyə bildiriblər.

Etirazçılar vurğulayıblar ki, sevdiklərinin vəziyyəti barədə rəsmi, aydın və dürüst cavab almayınca, aksiyaları davam etdirəcəklər.

Məlumata görə, bir sıra azərbaycanlı fəallar və onların ailə üzvləri də həmrəylik nümayiş etdirərək bu etiraz hərəkatına qoşulublar.

Həmçinin yoxlayın

İran uranın zənginləşdirilməsini həmişəlik dayandırmalıdır

GADTB: İran nəhayət anlamalıdır ki, uranın zənginləşdirilməsi proqramından “birdəfəlik və həmişəlik” imtina etməli, nüvə silahı …

İsrail Xarici İşlər Nazirliyi: İran İslam Respublikası rejiminin təhlükəsi Yaxın Şərqdən çox-çox uzaqlara yayılır

GADTB: İsrail Xarici İşlər Nazirliyi noyabrın 10-da, çərşənbə axşamı günü sosial şəbəkə “X”-də yaydığı bəyanatda …