Çərşənbə , Oktyabr 14 2026
azfa

İki hindli “nüvə alimi” adı ilə İranı aldadıb milyonlar qazanıb

GADTB: İranda iki hindistanlı şəxs – Axtar Hüseyni Qutbuddin Əhməd və Adil Hussaini – özlərini “nüvə alimləri” kimi təqdim edərək, ölkənin elmi və təhlükəsizlik strukturlarını uzun müddət aldadıblar. Onlar İran Atom Enerjisi Təşkilatına və bir sıra əlaqədar qurumlara nüvə silahı istehsalı üzrə saxta texniki planlar satmaqla milyonlarla dollar qazanıblar.

Məhkəmə materiallarına əsasən, həmin şəxslər İrana təxminən iyirmiyə yaxın səfər ediblər. Bu səfərlər zamanı onlar müxtəlif mərkəzlərdə təqdimatlar keçirərək, saxtalaşdırılmış sənədləri “nüvə reaktor layihələri” kimi təqdim ediblər. Lakin araşdırmalar nəticəsində məlum olub ki, sənədlər heç bir elmi və texniki dəyərə malik olmayıb, uydurma terminlər və qondarma ekspertizalardan ibarət olub.

İstintaq zamanı müəyyən edilib ki, Axtar Hüseyni və Adil Hüseyni özlərini Hindistanın Bhabha Atom Tədqiqat Mərkəzi (BARC) əməkdaşları kimi qələmə veriblər. Onlar saxta şəxsiyyət vəsiqələri, akademik diplomlar və möhürlərdən istifadə edərək, İran tərəfinin etimadını qazanıblar.

Qeyd olunur ki, onların fəaliyyətinə İranın təhlükəsizlik orqanları nəzarət etməyə başladıqdan sonra məsələ ifşa olunub. Məlumatlara görə, həmin şəxslər müəyyən vaxtda İsrail tərəfinin əlaqədar təşəbbüsləri ilə qarşılaşıblar, lakin bu təmaslar rəsmi əməkdaşlığa çevrilməyib.

Hazırda hər iki şəxs Hindistanda həbsdədir və beynəlxalq səviyyədə fırıldaqçılıq, saxtakarlıq və casusluğa cəhd maddələri ilə istintaq aparılır.

İran mediasında bu qalmaqal “elmi saxtakarlıqla milli təhlükəsizliyə zərbə” kimi qiymətləndirilir və hadisə ölkənin nüvə proqramında daxili yoxlama mexanizmlərinin zəifliyinə dair ciddi suallar doğurub.

Həmçinin yoxlayın

Təbrizli rejissor iş axtarmaq üçün Türkiyəyə köçən fəhlələrdən danışıb

GADTB: Təbrizli rejissor Məhəmməd Əlimuradi özünün “Instagram” səhifəsində Razi sərhəd-keçid məntəqəsindən Türkiyəyə keçən çoxsaylı fəhlələrlə …

Təbriz Ticarət Palatasının rəhbəri Şərqi Azərbaycanın bank resurslarının bölgədən kənara çıxarılmasına etiraz edib

GADTB: Təbriz Ticarət Palatasının rəhbəri Yunis Jailə bank kreditlərinin qeyri-bərabər bölüşdürülməsini tənqid edərək bildirib ki, …