Cümə , İyul 17 2026
azfa

Evin həbsxanası önündə Tahir Nəqəvi və Vədud Əsədi ailələrinin etirazı davam edir – hər iki fəal klinikaya köçürüldü

GADTB: Azərbaycan milli hərəkatının iki tanınmış fəalı – Tahir Nəqəvi və Vədud Əsədinin ailələri və yaxınları altıncı gündür ardıcıl olaraq Evin həbsxanasının qarşısında etiraz aksiyasını davam etdiriblər. Aksiya iştirakçıları “Azərbaycan milli fəallarına azadlıq” şüarları səsləndirərək, hər iki siyasi məhbusun qeyri-insani şəraitdə saxlanılmasına etiraz ediblər.

Məlumata görə, soyuq hava və yorğunluq səbəbilə etirazçılardan biri halı pisləşərək yıxılıb. Təxminən saat 12 radələrində əraziyə gələn təhlükəsizlik qüvvələri mikroavtobus və motosikletlərlə aksiya iştirakçılarını dağıtmağa cəhd ediblər. Buna baxmayaraq, həmin vaxt orada olan vətəndaşlar ailələrə daha çox dəstək və həmrəylik göstəriblər.

Ailələrin yaxınları bildiriblər ki, “bəzi etirazçıların səhhətinin ağırlaşması və təhlükəsizlik qüvvələrinin artan təzyiqləri səbəbilə aksiya bazar gününə qədər müvəqqəti dayandırılır. Lakin bu müddətdə məsullar siyasi məhbusların həyatını qorumaq üçün effektli addım atmasalar, etiraz tələblər yerinə yetirilənədək davam etdiriləcək.”

Bu arada hər iki siyasi məhbusun vəziyyətinin daha da ağırlaşdığı xəbər verilir.

Tahir Nqəvi, tibbi hüquqlardan məhrum edilməsinə etiraz olaraq aclıq aksiyasını davam etdirən azərbaycanlı vəkil, aksiyanın 17-ci günündə ciddi fiziki zəiflik səbəbindən halı pisləşib və Evin həbsxanasının tibb məntəqəsinə köçürülüb.

Vədud Əsədi, Azərbaycan milli hərəkatı fəalı, dünən gecə davam edən aclıq aksiyası nəticəsində səhhətinin pisləşməsi səbəbilə o da həbsxananın tibb məntəqəsinə aparılıb.

Ailələr, hər iki fəalın həyatına görə hüquq-mühafizə və təhlükəsizlik qurumlarının birbaşa məsuliyyət daşıdığını vurğulayaraq xəbərdarlıq ediblər: səhhətləri ilə bağlı laqeydlik davam edərsə, məhbusların hüquqlarını müdafiə etmək üçün digər hüquqi və ictimai yollarla fəaliyyətlərini davam etdirəcəklər.

Həmçinin yoxlayın

Böyük Britaniya: Sepaha dəstək və ya yardım 14 ilədək həbs, təxribat isə ömürlük həbs cəzası ilə nəticələnə bilər

GADTB: Böyük Britaniyanın Daxili İşlər Nazirliyi Sepahın daha əvvəl “Milli Təhlükəsizlik: Dövlət Təhdidləri” qanunu çərçivəsində …

Azərbaycan qırıcılarını havaya qaldırdı

GADTB: Azərbaycan Müdafiə Nazirinin təsdiq etdiyi 2026-cı ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Hərbi Hava …