Çərşənbə , Noyabr 11 2026
azfa

Evin həbsxanasında aclıq aksiyasını dayandırmaq üçün azərbaycanlı məhbuslarla danışıqlar olub

GADTB: Evin həbsxanasının rəhbərliyi aclıq aksiyasında olan azərbaycanlı siyasi məhbuslarla danışıqlar aparır və onların tələblərini araşdırır. Məlumata əsasən, məhbuslardan biri – Salar Tahir Əfşar aclıq aksiyasını dayandırıb.

Bildirilir ki, bu danışıqlar bir neçə dəfə baş tutsa da, hələlik konkret nəticə verməyib və məhbuslara təzyiq davam edir.

Qeyd edək ki, bir neçə gün öncə aclıq aksiyasına başlayan azərbaycanlı fəallar – Vədud Əsədi, Məhəmməd Ocaqlu, Mürtəza Pərvin, Ayaz Seyfxah, Əbdüləziz Əzimiqədim və Tahir Nəqəvi – cəza tədbiri kimi Evin həbsxanasının təkadamlıq kameralarına köçürülüblər. Bu addım onların üzərinə əlavə təzyiq kimi qiymətləndirilir.

Son iki il ərzində həmin fəallar müxtəlif saxtaittihamlarla ümumilikdə 100 ildən artıq həbs cəzasına məhkum ediliblər. Onların yaydığı bəyanatda deyilir ki, qanunsuzluqlara və məhkəmə ədalətsizliyinə etiraz edənlər ağır cəzalarla susdurulur, əvəzində qanunsuzluqlara yol verən məsul şəxslərdən hesabat tələb olunmur.

Həmçinin yoxlayın

İranla Ermənistan İrəvandakı Azərbaycan məscidinin mərasim zalına erməni adı verdilər

GADTB: İrəvanda yerləşən tarixi Azərbaycan məscidi olan Göy məscidin mərasim zalına erməni şairi Yeqişe Çarentsin …

Binab şəhərinin məhəllə lövhələrinə qədim türk mənşəli adlar qaytarılır

GADTB: Binabın tarixi və mədəni kimliyinin qorunması istiqamətində diqqətəlayiq addım atılıb. Şəhər bələdiyyəsi bəzi məhəllələrin …