Evin zindanında 6 azərbaycanlı siyasi məhbus ağır hökmlərə və ayrı-seçkiliyə etiraz olaraq aclıq aksiyasına başlayıb

GADTB: Azərbaycanlı milli-mədəni fəallarından bir qrup Evin həbsxanasında qanunsuz məhkəmə proseslərinə, İran kəşfiyyat orqanlarının ayrı-seçkilik davranışlarına və məhkəmə qurumlarının məhbusların vəziyyətinə laqeyd münasibətinə etiraz olaraq 2025-ci il oktyabrın 28-i, çərşənbə axşamı tarixindən aclıq aksiyasına başlayıblar.

Aksiyada iştirak edən məhbuslar bildiriblər ki, son iki il ərzində təhlükəsizlik orqanlarının saxta ittihamları və qurama cinayət işləri nəticəsində ümumilikdə yüz ildən artıq həbs cəzasına məhkum ediliblər. Onlar Azərbaycan Türk Millətinə ünvanladıqları bəyanatda qeyd ediblər ki, İranın məhkəmə sistemi məsul şəxslərin səhlənkarlıqlarını və qanun pozuntularını araşdırmaq əvəzinə, ədalət və ayrı-seçkiliyin aradan qaldırılmasını tələb edən Azərbaycan övladlarını həbsxanalara salır.

Bəyanata əsasən, aclıq aksiyasına başlayan azərbaycanlı siyasi məhbuslar bunlardır:

– Vədud Əsədi

– Mahmud Ocaqlu

– Mürtəza Pərvin Coda

– Ayaz Seyfxah

– Salar Tahir Əfşar

– Əbdüləziz Əzimi Qədim

Eyni zamanda, Təbriz Kəşfiyyat İdarəsinin təcridxanasında saxlanılan Kərim İsmayılzadə və Evin həbsxanasında həbsdə olan Tahir Naqəvi də aclıq aksiyasına qoşulublar.

Aksiyada iştirak edən məhbuslar birgə bəyanat yayaraq bildiriblər ki, artıq iki ildir İranın Kəşfiyyat Nazirliyi tərəfindən düşməncəsinə aparılan istintaq və əsassız ittihamlarla yüz ildən artıq həbsə məhkum ediliblər. Onların sözlərinə görə, məqsədləri Azərbaycan xalqının pozulmuş hüquqlarının, milli-sosial tələblərinin və ədalət axtarışının müdafiəsidir.

Bəyanatda qeyd olunur ki, İranın məhkəmə sistemi və xüsusilə Baş Prokurorluq, vəzifə borclarını yerinə yetirməyən və ayrı-seçkilik yaradan məmurları məsuliyyətə cəlb etmək əvəzinə, əksinə, Azərbaycan övladlarını ölkənin müxtəlif bölgələrində təqib, həbs və məhkum etməklə cəzalandırır.

Fəallar bildiriblər ki, istintaq və məhkəmə proseslərinin bütün mərhələlərində — istintaqdan Ali Məhkəməyə qədər — ədalətin ən kiçik təzahürünü belə görməyiblər və müdafiə ərizələri tamamilə diqqətdən kənarda qalıb. Onların sözlərinə görə, bu durum təhlükəsizlik orqanlarının məhkəmə və dövlət strukturlarına tabe olmamasının göstəricisidir.

Məhbuslar bəyan ediblər ki, Təbrizdə saxlanılan Kərim İsmayılzadə və Evin həbsxanasında olan Tahir Naqəvinin aclıq aksiyasına başlamasından sonra, öz etiraz aksiyalarına başlayaraq Azərbaycan xalqını bu həssas tarixi mərhələdə həmrəylik göstərməyə çağırırlar.

Aclıq aksiyasında iştirak edən Evin məhbuslarının adları:

1. Vədud Əsədi

2. Mahmud Ocaqlu

3. Mürtəza Pərvin

4. Ayaz Seyfxah

5. Salar Tahir Əfşar 6. Əbdüləziz Əzimi Qədim

Həmçinin yoxlayın

Tramp: İran danışmaq istəsə, sadəcə zəng etməlidir

GADTB: Onların rəhbərliyi daxilində böyük daxili çəkişmələr və qarışıqlıq var. Onlar da daxil olmaqla, heç …

Molla rejimi Güney Azərbaycanın Həmədan bölgəsində 41 nəfərə ağır cəza verir

GADTB: İrqçi fars-molla rejimi Güney Azərbaycanın Həmədan bölgəsində müharibə ilə əlaqədar həbs edilən 41 nəfər …