GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tehranın Evin zindanında koronavirusun yayılması haqda xəbərlər orada saxlanılan azərbaycanlı siyasi məhbusların sağlamlığı ilə bağlı narahatlığın artmasına səbəb olub.
Evin zindanının 4-cü bölməsində saxlanılan azərbaycanlı siyasi məhbuslar ailələri ilə telefon əlaqəsi zamanı onların saxlanıldığı bölmədə bir məhbusun koronavirusa yoluxduğunu bildiriblər.
Azərbaycanlı siyasi məhbusların saxlanıldığı bölmədə Hüseyn Müttəqian adlı bir məhbusun koronavirus testi müsbət çıxıb və bu bölmədə saxlanılan bir çox siyasi məhbusda koronavirus simptomları müşahidə olunub. Ancaq həbsxana məsulları buna baxmayaraq məhbusları məzuniyyətə göndərməkdən imtina edirlər.
Qeyd edək ki, Evin zindanının 4-cü bölməsində 4 azərbaycanlı milli fəal, o cümlədən Tohid Əmir Əmini, Kiyanuş Aslani, Behnam Şeyxi və Həmid Mənafi Nadarlı həbsdə saxlanılır.